Yeni metod saxta simsiz enerjidoldurma qurğularını aşkarlayacaq

Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları saxta simsiz enerjidoldurma qurğuları ilə bağlı problemin həlli üçün nəzərdə tutulan yeni simsiz enerjidoldurma metodu icad ediblər.
 Böyük Britaniya Ticarət Standartları İnstitutu tərəfindən ötən il keçirilən sınaqların nəticələrinə görə, internet mağazalarında alınan 400 saxta enerjitoplama qurğusunun 397-si baza təhlükəsizlik testindən keçməyib. Problemin həlli üçün "MIT" mütəxəssisləri "Elliptik əyri kriptoqrafiya" kimi tanınan kriptoqrafik autentifikasiya üsulundan istifadə edən simsiz enerjidoldurma qurğusu yaradıblar. Bu proses sayəsində qurğu simsiz enerjidoldurma stansiyasının təhlükəsizliyini yoxlaya və yoxlanışdan keçməyən stansiyanın enerji ilə doldurulmasını dayandıra bilər.

Metod yaradıcılarının sözlərinə görə, texnologiya daha bir üstünlüyə malikdir. Belə ki, eyni vaxtda iki qurğunun enerji ilə doldurulması daha bərabər tempdə ediləcək. Simsiz enerjidoldurmanın hazırkı effektivliyi qurğunun daxili elektrik enerjisinə yaxın olmasından asılı olduğu halda yeni həll bütün enerjinin bir qurğuya doldurulmamasına nəzarət edəcək.

Yeni texnologiyanın kommersiya qurğularına tətbiq edilməsi planları barədə hələlik məlumat verilmir. "ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR