Erməniləri güllələtdirən baş qərargah rəisi

Təəccüblüdür ki, 2008-ci il martın 1-də baş vermiş hadisələri ilə bağlı danışanlar həmin vaxt fəal rol oynayanlardır.  Bunu jurnalistlərə "İşıqlı Ermənistan" partiyasının lideri, "Çıxış" blokunun seçkiqabağı siyahısına rəhbərlik edən Edmon Marukyan deyib.

O xatırladıb ki, keçmiş müdafiə naziri Seyran Ohanyan mart hadisələri zamanı Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi idi.

"İndi bu adam deyir ki, biz gəlib 1 mart hadisələrinin günahkarlarını tapacağıq. Bir müddət sonra o, siyasi məhbuslara azadlıq tələb edə bilər. Əgər siyasətə belə yanaşmağa icazə varsa, deməli, hər şeyə icazə var", - Edmon Marukyan bildirib.

2008-ci il martın 1-də Ermənistanda xalq hökumətə etiraz aksiyası keçirib. Dinc nümayişçilər zamanı etirazçılar silahlı şəxslər tərəfindən güllələnib. Bu barədə Milli.Az istipress-ə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR