Gələcəyin batareyaları sudan hazırlanacaq

"Samsung Galaxy Note 7" smartfonu (bu model çoxsaylı alışma səbəbindən bazardan geri çağırılıb) ilə məlum hadisələrdən sonra təhlükəsiz enerji mənbələrinin yaradılması üzərində işlər fəallaşıb. Harvard Universitetindən olan alimlər komandası, məsələn, su məhlulları əsasında axın batareyası düzəldiblər.
 Üzvi elektrolit və ferrosendən ibarət su məhlulu əsasında hazırlanmış yeni konstruksiyada əvvəlki çatışmazlıqlar aradan qaldırılıb. Alimlər elektrolitlərin tərkibində istifadə olunan molekulyar məhlulları dəyişərək onları suda həll olunan formaya salıblar.

Nəticədə alimlər "pH" neytral göstəricisinə malik qeyri-aqressiv maddələrlə doldurulmuş batareya hazırlayıblar. Yeni elementlər gec xarab olur.

Yeni batareyaların istehsalı və texniki xidməti litium-ion batareyalarla müqayisədə ucuz başa gəlir. Ekspertlərin fikrincə, bu, alternativ qurğularda (günəş və külək stansiyaları) enerjinin toplanılması üçün əla vasitədir. 
"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR