Ankara-Moskva münasibətlərinin gərginləşməsi kimlərə sərf edir?

Rusiyanın səhv addımları yenidən onun təklənməsi ilə nəticələnə bilər

Türkiyə-Rusiya münasibətlərində yenidən gərginlik müşahidə edilməkdədir. Bu dəfə də Ankara-Moskva münasibətlərin sərinləşməsinə səbəb olan amil Suriya məsələsidir. Belə ki, Rusiyaya məxsus təyyarələrin Suriyada, daha dəqiq desək Əl Babda Türkiyə hərbi qüvvələrinə məxsus texnika və canlı qüvvəni vurması Ankarada ciddi narahatçılıq doğururb. Digər tərəfdən Rusiyanın ciddi cəhdlə Əsədi müdafiə etməsi və onun tərəfdarlarına hərbi dəstək verməsi də Türkiyədə etiraz doğururb. Bütün bunlar bir müddət əvvəl yoluna qoyulmuş Ankara-Moskva münasibətlərinin yenidən pozulacağı ehtimalını yaradıb. Elə ekspertlər də bu qənaətdədirlər. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da hesab edir ki, Türkiyə-Rusiya dostluğu yenidən pozulur. Onun sözlərinə görə, səbəb kimi Suriyanın Əl-Bab şəhərini müxalif qüvvələrlə birlikdə İŞİD-dən azad etməyə yardımçı olan Türkiyə silahlı qüvvələri kazarmasına Rusiya Hava Qüvvələrinə bomba yağdırması göstərilir: "Qeyd edim ki, bu zərbə nəticəsində 3 türk hərbçisi həlak olub, 11-i isə ağır yaralanıb. Bununla əlaqədar olaraq Kreml rəhbəri Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdöğanla telefonla danışıb və ona baş sağlığı verərək təəssüfünü bldirib. Kremlin sözçüsü Peskov isə bidirib ki Türkiyə və Rusiya bu insdenti araşdırmaq üçün birgə komissiya yaradacaqlar. Rusiya hərbi rəhbərliyi isə bildirib ki, bu məsələdə Türkiyə tərəfi hərbçilərinin yerini dəqiq koordinatlarla onlara verməyiblər. Yəni, bu faciədə səhvi və suçu heç özlərində görmürlər. Bu iki gündə Türkiyə tərəfi susqunluq göstərərək, bu deyilənlərə heç bir münasibət bildirməyib. Görünür ciddi götür-qoy olub. Bir qədər sonra isə, gözlənilmədən Türkiyə tərəfindən Rusiya tərəfini bəzi ittihamedici əlamətlər görünməyə başlayıb. Türkiyə prezidentinin sözçüsü bildirib ki, məlum insidenti özləri təhqiq edəcəklər və Rusiya ilə birlikdə komissiya yaratmaq fikrində deyillər. Türkiyə hərbi rəhbərliyi isə bəyan edib ki, Rusiya tərəfə türk hərbçilərinin yerləşdiyi yerin dəqiq koordinasiyası verilib və Rusiya bu barədə məlumatlı olub. Bunun ardınca dərhal Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu bəyanat verərək bildirib ki, "Cənub axını" Ukraynayanın mənafeinə heç bir zərər torətməyəcək və Türkiyə heç vaxt Krımı Rusiyanın tərkib hissəsi kimi tanımayacaq". İlqar Altay qeyd edib ki, bu Rusiya-Türkiyə arası, son isti münasibətlərində baş verən bir günün dönüşdür. Sonrakı günlərdə bu prosesin daha güclənməsi gözlənilir: "Yəni, görünən odur ki, Türkiyə bu insidentdə Rusiyanın göz yaşlarına inanmaq və bu işi asan bağışlamaq istəmir. Niyə? Burada iki səbəb ola bilər. Ya, Türkiyə tərəfdən bir ildən bir qədər çox öncə onun ərazisi üzərində vurulmuş SU-24 bombardmançı təyyarəsinə görə Rusiyanın aylarla sərt antitürk isterikası qaldırıb, Türkiyəyə sanksiyalar qoyub, gələn mallarını çölə töküb, ölkəsindən iş adamlarını qovub, üzr və kompensasiyalar tələb etməsini, bu fürsətlə tam tarazlaşdırmaq istəyir. Ya da son dövrlər dünya düzəni və siyasətindəki kəskin dəyişikliklər xüsusilə yeni ABŞ prezidenti Donald Trampın gəlişi Türkiyənin Rusiya ilə son yaxınlaşmasına yenidən baxıb, ölçü-biçili addımlar atmaq üçün, bu son insident tutarlı səbəb-şans yaradıb. İstənilən halda, Rusiya-Türkiyə münasibətləri yaxınlığının uzun sürməsinin tarixi-ənənəvi mümkünsüzlüyü, Ərdoğanla Putinin özünə də bəllidir". İlqar Altay hesab edir ki, Türkiyə-Rusiya münasibətləri korlanacağı təqdirdə Türkiyə yox, amma Rusiya böyük bataqlıqda qala bilər: "Əvvəla Suriya məsələsində biabırçı məglubiyyətə uğrayar. Suriyada Rusiyaya qarşı beynəlxalq koalisiya qüvvələrinin qarşısını alan, İŞİD kimi terror qruplaşmalarını məhvə gətirən Türkiyə amilidir. Türkiyə, Suriya içində çoxsaylı türkmən türkü xalqı-zonasına, müsəlman dövləti olması və bilavasitə qonşuluqda yerləşməsi strateji imkanına, Suriya müxalifətindən qazandığı etimada, Suriya ərazisinə artıq quru qoşunlar yeritməsi və s bir çox amillərə görə Suriya məsələsində ən böyük üstünlüyə və ən son həlledici söz deməyə malik dövlətdir. Və bu gün Rusiya Suriya ətrafı uğurlarına görə Türkiyəyə borcludur. Təyyarə insidientindən sonrakı Türkiyə ilə narazılıq-soyuq savaş dövrü Rusiya oradakı bütün qoşunlarını geri çəkməyə başladı. Çünki, Putin Türkiyənin bilvasitə tam dəstəyi olmadan orada heç bir şey edə bilməz. Hətta mənim fikrimcə, Putin Suriyaya ən ilk hərbi müdaxiləyə başlayanda bunu Ankara ilə razılaşdırmışdı. Ona görə Rusiya hava qüvvələrinin Suriyadakı türkmən ərazilərini də vurması zamanı Türkiyənin onun qırıcı təyyarəsini vurub salmasını Putin gözləmirdi və bunu ona görə, arxadan vurulan zərbə adlandırmışdı. Yəni ki, Türkiyənin quru qoşunları olmadan və müxalifəti yola gətirmədən Rusiya hava hücumu ilə heç bir üstünlük əldə edə bilməz və Əsəd ordusu da müxalifət sialhlılarından xeyli zəifdir. İkincisi, Rusiya Türkiyəni itirməklə beynəlxalq aləmdə həm də heç kimlə dost ola bilmək imkansızlığını ortaya qoymuş olur. Eyni zamanda Türkiyə kimi açar bir dövləti itirməklə Orta Şərq, Şərq və həm də Türk Birliyi zonasında zəifləyir. Bu cür gedişatla, Türkiyə son nəticədə, Rusiyanın imperiya kimi sonunu da gətirə bilər. Yəqin ki, cənab Rəcəb Tayyib Ərdoğan da bunu yaxşı bilir. Onun əlində bu saat Şərqdə tarixi döndərmək kimi tarixi şans var. Hər halda, yaxın bir zamanda hər şeyə, böyük dönüşlərə aydınlıq gələcəyi gözlənilir". İlqar Altay bildirib ki, bu arada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi M. Pompeon Türkiyəyə səfərə də Rusiya üçün heç də xoş sürpriz deyil. Pompeonun Ağ Ev rəhbəri Donald Trampın tapşırığı ilə ilk səfərini Türkiyəyə etdiyini deyən mərkəz rəhbərinin sözlərinə görə, bu ABŞ-Türkiyə münasibətlərinin intensivləşəcəyindən xəbər verir ki, bu da Rusiya üçün arzuedilən deyil.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR