Ukrayna ordusu separatçıların silah zavodunu partlatdı

Ukraynanın Donetsk şəhərindəki kimya zavodu artilleriya atəşi ilə partladılıb. Bu haqda "Donetsk Xalq Respublikası" separatçı qurumun "Müdafiə Nazirliyi"nin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, atəş Nevelski yaşayış məntəqəsindən açılıb. İlkin məlumatlara görə, partlayış nəticəsində bir nəfər həlak olub.

Kimya zavodu hazırda döyüş sursatları və partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşıb. Ərazidə gedən döyüş əməliyyatlarının gedişatında zavod dəfələrlə atəşə məruz qalıb. Bu barədə Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR