ABŞ-ın yadplanetlilərlə bağlı 70 illik SİRRİ: sən demə...

ABŞ-ın 33-cü prezidenti Harri Truman 1947-ci ildə "Majestic 12" adlı təşkilat yaratdı. Tam məxfi olan təşkilata elm adamları, hərbçilər və dövlət rəsmiləri daxil idi.


12 üzvdən ibarət olan təşkilatın məqsədi yadplanetlilərlə bağlı araşdırma aparmaq idi. Xüsusilə həmin dövrdə insanların tez-tez UNO-lar gördüyü haqda məlumatların yayılması Trumanın belə bir təşkilat yaratmasına əsas vermişdi.

"Majestic 12"nin yaranmasının əsas səbəbi isə 1947-ci ilin iyul ayında baş vermiş "Roswell UNO" qəzası idi.

Rosuell hadisələri: ABŞ-ın Aydaho əyalətində xilasedici pilot olaraq çalışan Kennet Arnold 1947-ci ilin 8 iyulunda Nyu-Meksiko əyalətinin Rosuell qəsəbəsi ətrafında axtarışa çıxır. O, həmin ilin 25 iyun tarixində itmiş bir təyyarəni axtarırdı. Pilot günorta saatlarında 9 UNO görür. UNO-lar cəmi 4 metr yüksəklikdə saatda 200 kilometr sürətlə uçurdular. UNO-lardan biri qəfil tarlaya düşür və Arnold dərhal qəsəbənin şefinə məlumat verir. Hadisə haqda yerli qəzetlər növbəti gün məlumatlar yaydılar, hətta ABŞ ordusu da bunu təsdiqlədi. Lakin daha sonra bütün məlumatlar təkzib olundu və baş verənlər haqda deyilənlər uydurma adlandırıldı.


İctimaiyyət buna inanmadı. Sonralar ortaya çıxan məlumatlar da ABŞ hökumətinin qəzaya uğramış UNO-nu içindəki yadplanetlilərlə birgə gizlətdiyi ehtimalını gücləndirirdi. Laki indiyə qədər Amerika həmin hadisə ilə bağlı məlumatları aşkara çıxarmayıb.


Trumanın yaratdığı gizli təşkilatın məqsədi də məhz həmin hadisəni gizlətmək və yadplanetlilərlə bağlı məxfi araşdırmalar aparmaq idi. "Majestic 12" sonrakı illərdə UNO-larla bağlı araşdırmalar apararaq, bir çox faktlar əldə edib. Lakin məlumatlar 1982-ci ilə qədər 35 il ərzində ictimaiyyətdən gizlədilib. 1982-ci ildə hökumətin yadplanetlilərlə bağlı məlumatları gizlətdiyinə dair ittihamlar ortaya çıxsa da, ABŞ əsl həqiqəti heç vaxt açmayıb. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR