Bu ölkədə iş çoxdur, işləyən yoxdur

Avropa İttifaqında işsizliyin ən aşağı səviyyədə olduğu ölkə Çexiyadır. Bu barədə bazar ertəsi sözügedən sahənin ekspertlərinə istinadən Praqanın "Novinky" portalı yazıb.

Məlumata görə, hazırda ölkədə işsizlik səviyyəsi 3,5 faizdir və bu, iqtisadiyyatda problemlərə gətirib çıxarır. Çünki firma və müəssisələr həm ixtisaslı, həm də ixtisassız işçi çatışmazlığından ciddi əziyyət çəkirlər və bu, tədricən istehsalın artmasına ciddi əngəl törədir.

"Eurostat" statistika agentliyinin məlumatına görə, 2017-ci il yanvar ayının əvvəlində Çexiyada işsizlik 3,5 faiz təşkil edib. Statistikaya görə, ikinci yerdə Almaniya (3,9), üçüncü yerdə isə Macarıstan və Malta (4,5) qərarlaşıb.

Respublikanın İqtisadi Palatasının araşdırmalarına görə, hazırda bazarda 150 min nəfərə yaxın işçi qüvvəsi çatışmazlığı var və bu səbəbdən firma və müəssisələr yeni sifarişlərdən imtina etməli olurlar. Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR