Hollandiyadan türklərlə bağlı ŞOK QƏRAR: 18 ay...

2016-cı il iyulun 15-də edilən hərbi çevriliş cəhdindən sonra həbs olunmaqdan qorxaraq Türkiyəyə qayıtmaqdan imtina edən bir qrup türk zabiti ailələri ilə birlikdə Hollandiyadan siyasi sığınacaq istəyib. Hollandiya Miqrant və Vətəndaşlıq Dairəsi (IND) zabitlərin müraciətini araşdırmaq üçün onların 18 ay ərzində ölkədə qalmasına icazə verib.

Hollandiya KİV-inin yazdığına görə, zabitlər sığınacaq üçün müraciət etməsini "Türkiyədə ədalətli mühakimə olunma imkanının qalmaması" ilə izah ediblər. Türkiyə hökumətinin qərarına görə, çevriliş cəhdi ilə əlaqədar axtarışda olanlar 3 ay ərzində ölkəyə qayıtmayacağı halda, vətəndaşlıqdan çıxarılacaq. Bu müddət yanvar ayının 1-dən hesablanır.

Xəbərə görə, Hollandiya rəsmiləri də Türkiyədə fövqəladə vəziyyət tətbiq olunduğu üçün Ankaranın ekstradisiya tələbinə müsbət yanaşmırlar.

Hollandiya dövlət televiziyasının (NOS) məlumatında deyilir ki, iyulun 15-dən sonra 100-dən çox türk zabiti Qərbi Avropa ölkələrinə sığınacaq üçün müraciət edib. Bu barədə Publika.az BBC-nin türk xidmətinə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR