Evlilik proqramlarına milyonluq cəza

RTÜK (Türkiyənin Ali Televiziya və Radio Qurumu) mənfi ictimai rəy alan və məscidlərdəki cümə xütbələrində tənqid edilən evlilik proqramları barəsində cəza tədbiri görüb. Çoxsaylı şikayətlər səbəbindən evlilik və buna bənzər 6 proqrama 2 milyon 134 min lirə (təxminən 1 milyon 66 min manat) məbləğində pul cəzası verilib.

Cəzalandırılanlar siyahısında Esra Erolun, Seda Sayan və Uğur Aslanın, Zuhal Topalın və Seda Akgülün də proqramı var.

ATV: Esra Erol: 567 bin 467 TL (təxminən 288 min 234 manat)
Kanal D: Kısmetse Olur: 397 bin 57 TL (təxminən 199 min manat)
Show TV: "Evleneceksen Gel": 382 bin 285 TL (təxminən 190 min manat)
Star TV: "Zuhal Topalchr("39")la": 351 bin 550 TL (təxminən 175 min 270 manat)
Fox TV: "En İyi Benim": 315 bin 786 TL (təxminən 154 min 398 manat)
TV 8: "Göz 6": 119 bin 758 TL (təxminən 58 min 234 manat)

Qeyd edək ki, sözügedən proqramlar milli və mənəvi, eyni zamanda ailə dəyərlərinə hörmətsizlik, insanın şərəf və ləyaqətinin alçaldılmasına səbəb olma, qadın istismarı və s.-ə səbəb olduğu üçün cəzalandırılıb. Bu barədə Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR