İndi internet olmadan da “YouTube”da videoları izləmək mümkündür

"Google" şirkəti internetə qoşulma olmadan videoları izləməyə imkan verən tətbiq istifadəyə verib. "YouTube Go" çarxları  yaddaş kartında saxlamağa imkan verir. İnternetə qoşulmanın sürəti yüksək olmadıqda onlayn videoları izləmək çətindir. İndi "Android" mobil əməliyyat sistemi üçün "YouTube Go" tətbiqinin beta versiyasında çarxı yükləmək və fraqmentlərin yüklənməsini gözləmədən izləmək mümkündür.

Sözügedən tətbiq internetə aşağı sürətlə çıxışa malik regionlar üçün hazırlandığından iki keyfiyyət variantı dəstəklənir: "Basic Quality" (144p) və "Standard Quality" (360p). Videonun təsvirində yalnız onun müddəti deyil, həmçinin tutumu (meqabaytla) göstərilir.

"YouTube Go" tətbiqində yüksək təsvir ölçülü çarxı yükləmək olmaz, çünki aşağı sürətli internetlə "4K" və ya "Full HD" formatında videonun köçürülməsinə çox vaxt lazımdır.
Bundan başqa, yüklənmiş videoları "Bluetooth" vasitəsilə dostlarla bölüşmək imkanı var. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR