“Android” cihazları üçün yeni təhlükəli virus peyda olub

"Symantec" şirkətinin ekspertləri istifadəçiləri yeni təhlükə - "Android.Lockdroid.E" virusunun modifikasiyaları haqda xəbərdarlıq ediblər.

Qurğuya düşən zərərverici proqram təminatı cihazda "root" giriş olmadığı halda onu blok edir, ekranda "QR" kod görsənir. Cihazı blokdan çıxarmaq üçün bu kodu skan edərək cinayətkara pul ödəmək lazımdır. Bunun üçün başqa mobil qurğudan istifadə etmək lazımdır. Ödəniş edilmədiyi halda qurğudakı bütün məlumatlar silinir.

"Root" giriş olduğu halda troyan icazə istəyir ki, bu da cihazın idarəetməsində əlavə imtiyazlar yarada bilir. Bundan sonra virus "APK" quraşdırma faylını sistem qovluğuna köçürür, qurğunu yenidən yükləyir və sistem proqramına çevrilir. Bundan sonra ekran və düymələr blok edilir. Cihazı blokdan çıxarmaq üçün ödəniş tələb olunur.

"Android.Lockdroid.E" kənar tətbiq mağazaları vasitəsilə, həmçinin forumlarda mətn mesajları kimi yayılır.
Ekspertlər cihazda proqram təminatını daima yeniləməyi, proqramları yalnız etibarlı mənbələrdən quraşdırmağı, tətbiqlərdən olan sorğulara (bu sorğular proqramın işi ilə bağlı deyilsə, şübhə doğurmalıdır) xüsusi diqqət yetirməyi tövsiyə edirlər.

Bundan başqa, vacib məlumatların ehtiyat nüsxələrinin yaradılması və yaxşı antivirus quraşdırmaq tövsiyə olunur. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "news.rambler.ru" saytına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR