ABŞ-da yeni robot təqdim olundu: "Kassi"ni alış-verişə də göndərmək olar - VİDEO

"Agility Robotics" şirkəti Oreqon ştatının universitetində başlanan layihə əsasında Kassi adlı robot yaradıb. İxtiraçılar güman edirlər ki, belə köməkçi robot insanları bir çox adi məşğuliyyətlərdən qurtaracaq. Toyuq kimi hərəkət edən bu qorxunc robot ən müxtəlif işlərdə faydalı ola bilər.

Kassi 16 ay əvvəl ABŞ-ın Müdafiə Nazirliyinin Perspektivli Tədqiqat Layihələri İdarəsinin ayırdığı 1 milyon dollar qrant hesabına hazırlanıb. Gələcəkdə hərbi layihələrdə də bu robotun tətbiqi istisna edilmir.

Kassi qaça və əyilə bilir. Həm də onun qabiliyyətləri daha öncə hazırlanan belə layihələri üstələyir: onun quruluşu heyvanın skeletini xatırladır. Kassinin omba oynaqları üç istiqamətdə fırlana bilir ki, bu da ona balansı yaxşı saxlamağa icazə verir. Bu barədə Milli.az virtualaz.org-a istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR