Kraliça işçi axtarır

İngiltərə kraliçası II Elizabet işçi axtarır. "Olaylar" "Miliyyet" -ə istinadən bikdirir ki, kraliça 2, 77 milyon izləyəni olan twittter hesabını idarə etmək üçün illik 30 min sterlink (təxminən 140 min TL) maaşa razı olan komanda axtarır.

Qeyd edək ki, bu elan kraliçanın rəsmi internet səhifəsində yer alıb. Elanda bildirilir ki, kraliça cəld və operativ çalışan komanda ilə birgə çalışmaq istəyir. Verilən elanda kraliçanın şərtləridə qeyd edilir. Belə ki, bütün gün işləyəcək, karal ailəsinin rəsmi internet səhifəsini idarə edəcək, krallığın və ailənin xəbərlərini mətbuata çatdırmaq, twitter, youtube və facebook sosial şəbəkələrini idarə etmək, krallığın təçkil etdiyi mərasimləri və rəsmi görüşləri sənədləşdirməyi bacaran komanda işçi heyəti axtarılır. Axtarılan şəxslərin ali təhsilli olmaları, öz üzərlərində çalışqan olmaları, internet, foto və video məsələlərində son dərəcə məlumatlı olmaları, həmçinin yenilikçi və yaradıcı olmaları əsas şərtlərdəndi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR