Cəsədinə heç kim sahib çıxmır

19 Dekabr 2016 - ci il tarixində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu soyuq silahla qətlə yetirilmişdi. Polisin hadisəyə müdaxiləsi nəticəsində qatil zərərsizləşdirilərək öldürüldü.

Mövlut Mərt Altıntaşın nəşi artıq 24 gündür ki, morqdadı. Məhkəmə Tibbi Ekspertizasının müayinəsi 21 dekabrda bitib.  Qanuna əsasən 15 gün ərzində meyit təhvil alınmalıdı. Lakin bu vaxta qədər heç kim Mərt Altıntaşın nəşini təhvil almayıb.

Ailəsi tərəfindən qəbul edilməyən və 24 gün morqda saxlanılan cənazənin dəfn olunması üçün Ədalət Nazirliyinin Ankara qrup rəhbərliyi kimsəsizlər məzarlığında dəfn olunmasına qərar verib.

Türkiyə mediasının xəbərinə görə cənazə bələdiyyə rəhbərliyinə təslim edildikdən sonra kimsəsizlər məzarlığında dəfn olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR