Rusiya-Türkiyə ittifaqı Qərbə sübut etmək istəyir ki,

Vaşinqton və Brüsselin iştirakı olmadan da Suriya problemini yoluna qoya bilər

Yanvarın 23-də Rusiya və Türkiyə Suriya ilə bağlı Astanada razılıq əldə etməyə çalışacaq. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu bildirib ki, hər iki dövlət Əsəd rejimini Suriyanın siyasi və hərbi müxalifəti ilə barışdırmaq istəyir: "Rusiya-Türkiyə ittifaqı Qərbə sübut etmək istəyir ki, Vaşinqton və Brüsselin iştirakı olmadan da Suriya problemini yoluna qoya bilər. Görəsən eyni ittifaq Qərbi kənarda qoyaraq Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini də sürətləndirə bilərmi? Ankara buna hazırdır, yetər ki, Moskva nəhayət ki, konkret mövqe ortaya qoysun. 2017-ci ildə bu ittifaqın daha hansı imkanlara malik olacağını müşahidə etmək imkanı qazanacağıq".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR