15 yaşlı qız cinayət törətdi

İngiltərədə dəhşətli hadisə olub. Belə ki, 15 yaşındakı qız uşağı 7 yaşındakı qız uşağını boğazını kəsib.

Kimliyi açıqlanmayan 15 yaşındakı uşaq 7 yaşındakı Katia Roghu öldürməkdə günahlandırılır. Qeyd edək ki, qorxunc hadisə ötən günlərdə  İngiltərənin York vilayətində yaşanıb.

7 yaşındakı qızını məktəbdən gətirməyə gedən anası Alison Rogh çəmənlikdə qızının boğazının kəsilmiş halda, qanlar içində görərək şok yaşayıb. Hadisədən bir saat sonra xəstəxanaya çatdırılan 7 yaşlı qızcığazın həyatını xilas etmək mümükün olmayıb.

Cinayətdə şübhəli bilinən 15 yaşlı qız cinayətdə istifadə etdiyi silahla birgə tapılıb. Polis tərəfindən ifadəsi alınan qızın bu gün ilk məhkəməsi olacaq. Türk mediasının xəbərinə görə cinayətin araşdırılması davam edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR