Türkiyə və Rusiya Qərbin hədəfində

Hələ də Rusiya-Türkiyə yaxınlaşması ilə barışmaq istəməyən Qərb müxtəlif vasitələrlə Ankara-Moskva münasibətlərinə növbəti bir zərbə vurmağa çalışır. Rusiyanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə buna nail olacağını düşünən Qərb hesab edirdi ki, məlum təyyarə qəzasından sonra çətinliklə də olsa düzələn ikitərəfli münasibətlərə səfirin öldürülməsi ciddi təsir göstərəcək. Hətta Kremlin Ankaraya qarşı savaş açacağı da proqnozlaşdırılırdı. Çünki tarixə nəzərə salsaq görərik ki, ölkələr arasında qarşıdurma və müharibələrə səbəb olan amillərdən biri də məhz diplomatların qətlə yetirilməsi olub. Ona görə də Qərb Andrey Karlovu qətlə yetirməklə Türkiyə-Rusiya münasibətlərini pozmaq məqsədilə əlində olan son kartını da istifadə etdi. Lakin gözlənilənlərin tam əksinə olaraq Kreml diplomatının qətlə yetirilməsini soyuqqanlı qarşıladı. Daha dəqiq desək Rusiya da başa düşdü ki, Andrey Karlovun qətlə yetirilməsində Ankaranın heç bir suçu yoxdur. Yegnaə suçlu olan tərəf onun Türkiyə ilə münasibətlərinə zərbə vurmağa çalışan Qərb və digər beynəlxalq güclərdir. Çünki Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi nəticəsində şimal qonşumuzu düşmüş olduğu ağır böhran vəziyyətindən məhz Türkiyə çıxarmışdı. Ona görə də necə olursa-olsun Ankara-Moskva yaxınlaşmasına zərbə vurmaq lazım idi.

Düzdür, Qərbin Türkiyə-Rusiya münasibətlərini pozmaq məqsədilə göstərdiyi şabalar istənilən nəticəni verməsə də, lakin birinci tərəf günümüzdə də qeyd edilən istiqamətdə öz məkrlli planını davam etdirir. Elə qardaş ölkədə bir-birinin ardınca həyata keçirilən terror aktlarının da əsas hədəflərindən biri budur. Yəni, daha çox terror aksiyası həyata keçirməklə Türkiyəyə daha az turistin, xüsusilə rus turistlərin gəlməsinə mane olmaq. Həmçinin Ankaranı Moskva ilə yaxınlaşmaqdan çəkindirmək. Nədən ki, bu gün müşahidə edilən Türkiyə-Rusiya yaxınlaşması Qərbin Yaxın Şərqlə bağlı planlarını ciddi şəkildə alt-üst edir. Ona görə də əminliklə demək olar ki, Türkiyə-Rusiya yaxınlaşması davam etdikcə və bu əlaqələr daha da istiləşdikcə Qərbin təxribat xarakterli hərəkətləri sürəcək. Elə ekspertlər də bu qənaətdədirlər. Yeni Azərbaycan Partiyasının üzvü, müstəqil ekspert Cəlal İbrahimov deyir ki, hazırda Türkiyə və Rusiya Qərb qüvvələrinin hədəfindədir. Onun sözlərinə görə, tarixdə qərb qüvvələri daim Türk millətini zəiflətmək məqsədiylə, fitnə yollarla Türkiyəni başqa millətlərlə, dövlətlərlə savaşdırıb və daim xain istəklərinə nail olublar: "Qərbin Gürcüstan,Ukrayna və Yaxın Şərqdə apardığı xain oyunların əsas hədəfində,Türkiyə və Rusya dövlətlərini savaşdıraraq bu iki dövləti öz xain oyunlarına daxil etməkdir. Bu məkrli planın təməli Gürcüstanda qoyuldu. Daha sonra Ukraynada davam etdi. Hazırda proses Yaxın Şərqdə davam etməkdədir. Yeganə məqsəd Rusiya ilə Türkiyə arasında düşmənçilik yaratmaqdır". Ekspert deyir ki, Rusiya təyyarəsinin xain plan əsasında vurulması ilə bir müddət Qərb öz istəyinə nail olsa da, lakin çox keçmədən bu plan hər iki tərəfə aydın oldu və Qərbin təxribatçı hərəkətləri ifşa edildi. Cəlal İbrahimov bildirib ki, keçən il qardaş ölkədə baş verən hakimiyyət çevrilişi cəhdi də həmin planların tərkib hissəsi idi və eyni mərkəzdən idarə olunurdu. Onun sözlərinə görə, yeganə məqsəd Türkiyə dövləti hakimiyyətinə Qərbin maraqlarına xidmət edən əmr qullarını gətirmək və Ankara-Moskva savaşına nail olmaq idi: "Həmçinin Yaxın Şərqdə nəzərdə tutulan maraqlarının həyata keçirilməsini sürətləndirmək. Eyni zamanda bununla Türkiyə və Rusya torpaqlarını parçalamaqdır. Düzdür, bu gün bu oyun pozulsa da, lakin xarici qüvvələr Rusya dövlətini zəiflətmək və parçalamaq məqsədiylə hələ də fəaliyyətdədirlər. Rusiyadan sonrakı hədəf isə Türkiyənin olacağı aşkardır". Ekspert hesab edir ki, Avropadaki ölkələrin NATO tərəfindən silahlandırılması və İngiltərənin Avropa Birliyindən ayrılması da həmin planların tərkib hissəsi sayıla bilər: "Ancaq Türkiyə və Rusiya birlikdə hərəkət edərsə, hər iki ölkə Ankara və Moskvaya qarşı həyata keçirilən bütün oyunlarının qarşısını ala bilər. Rusya və Türkiyə yeni seçilmiş Amerika prezidentinə inanarsa, o halda itirən yenə də, bölgələrimiz və insanlarımız olacaqdır. Xarici qüvvələr bəlkə də Donald Trampı Amerikaya prezident gətirməklə vaxt udmağa çalışırlar. Bəlkə də Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın hakimiyyətinin bitdiyi günü gözləyəcəklər .Onun üçün hər iki dövlətin Avrasiyanın balansını qorumaq üçün hədəfləri, dövlət sistemi və dövləti gələcəkdə qorumaq üçün, davamçıları olmalıdır ki, Qərb qüvvələrinin nə bu gün, nə də gəlcəkdə xain planları baş tutmasın".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR