
Ötən gün Türkiyənin paytaxtı Ankaranın Çankaya bölgəsində bomba həyacanı yaşanılıb. Qeyd edək ki, həmin ərazidə yerləşən Türkiyənin dövlət kanalı olan TRT - nin dayanacağında bomba qoyuylduğu xəbəri yayılıb. Dərhal əraziyə polislər, partlayıcı silahlar üzrə mütəxəssislər cəlb olunublar. Polislər TRT - nin dayanacağında, orada saxlanılan maşınlarda, televiziyanın otaqlarında partlayıcı qurğu axtarıblar.
Aparılan axtarış zamanı heç bir partlayıcı qurğuya rast gəlinməyib.
Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.