Səma yenidən “O səs Türkiyə”də

Bu günlərdə Türkiyə səfərindən qayıdan müğənni Səma ikinci dəfə  "O səs Türkiyə"nin seçimlərinə qatılıb. Səsinə güvənən sənətçi bildirdi ki, əslində bundan öncə yarışmaya qatılmaq şansı qazanıb. Böyük səhnəyə dəvət alan zaman o, Moskvada keçirilən konsert proqramında iştirak edib. Bu səbəbdən şansı dəyərləndirə bilməyib. Səs yazısı bəyənilən azərbaycanlı müğənniyə yenidən dəvət gəlib və o, bu məqsədlə qonşu ökəyə üz tutub.

Bəlli olub ki, Səmanın Türkiyə səfərinin məqsədi genişdir. Yaradıcılıq təklifi alan sənətçi qarşıdakı aylarda səfərlərinin sıx olacağından xəbər verdi.

Onu da qeyd edək ki, Səma Sərvərzadə söz və musiqisi Faiq Vahabova məxsus "Yolunu gözlər" adlı mahnıya klip çəkdirəcək.

Səmanın yeni fotosessiyasını təqdim edirik:

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR