Sankt-Peterburqda konstitusiya dəyişikliyi ilə bağlı tədbir keçirilib

Sankt-Peterburq şəhərində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü ilə  sentyabr ayının 26-da keçiriləcək Referendumla əlaqədar dəyirmi masa keçirilib.  “OLAYLAR”-a daxil olan məlumata görə, millət vəkili, MDB Parlamentlərarası Assambleyası siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi komissiyasının sədr müavini Rüfət Quliyev tədbirdə iştirak edib.

Sankt-Peterburq şəhərində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü ilə  sentyabr ayının 26-da keçiriləcək Referendumla əlaqədar dəyirmi masa keçirilib.  "OLAYLAR"-a daxil olan məlumata görə, millət vəkili, MDB Parlamentlərarası Assambleyası siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi komissiyasının sədr müavini Rüfət Quliyev tədbirdə iştirak edib. Milli Məclisin deputatı Adil Əliyev,  Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və digər şəxslərin iştirak etdiyi tədbiri RAGT İdarə Heyətinin üzvü Emin Hacıyev açaraq sözü deputat Rüfət Quliyevə verib. İclasa sədrlik edən Rüfət Quliyev  Azərbaycanda hökm sürən davamlı siyasi və iqtisadi sabitlik, qazanılmış böyük uğurlar barədə ətraflı məlumat verib, Referendumun keçirilməsinin zəruriliyindən, ölkə Konstitusiyasına ediləcək dəyişiklik və əlavələrin mahiyyətindən ətraflı bəhs edib. Sonra müzakirələr dialoq şəklində davam etdirilib və növbə ilə RAGT-nın üzvləri, iştirak edən Azrbaycanlı nümayəndələr çıxış edərək, Referdumla əlaqədar öz fikirlərinin bölüşüblər.  Tədbir başa çatdıqdan sonra Rüfət Quliyev azərbaycanlı gənclərlə əlavə görüş də keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31