CHP lideri: "Əsgərləri linç edənlər də mühakimə olunmalıdır"

"Verilən əmrlə küçəyə çıxan əsgərləri yox, onlara təlimat verənləri sorğu-sual etmək lazımdır. Əsgərlərə qarşı edilənlər, onların gətirildiyi vəziyyət heç ürəkaçan deyil. Hüquqa riayət edilməlidir".

Bunu Türkiyənin ana müxalifət partiyası olan CHP-nin lideri Kamal Kılıçdaroğlu "Sözçü" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, çevrilişə cəhd edən əsgərlər kimi əmrə tabe olub küçəyə çıxan əsgərləri linç edənlər də mühakimə olunmalıdır: "Əsgərlərin alçaldıldığı vəziyyət heç xoş deyil".

Partiya lideri bildirib ki, hərbi çevrilişə cəhd edənlər ağır cinayət törədiblər: "Türkiyə hüququn üstünlüyünə inanan və bu məsələdə güvənilən bir ölkə olmaq istəyirsə, zərbə sonrası qərarları və tədbirləri hüquqa uyğun aparmaq məcburiyyətindədir. Dövlətin kin bəsləmədiyini, ön mühakiməli olmadığına hamımız inanmalıyıq. Cinayətkarlar qanunlara əsaslanaraq mühakimə olunmalıdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR