Dünyanın məşhur narkobaronu ilə bağlı gözlənilməz qərar

Meksika hakimiyyəti "Bəstəboy" ləqəbli dünyanın məşhur narkobaronu Xoakin Qusmanı gözlənilmədən xüsusi rejimli "Altiplano" həbsxanasından başqa yerə köçürüb. ANS PRESS-in məlumatına görə, "Sinaloa" kartelinin rəhbəri Mexiko ştatının Syudad-Xuares şəhərinə ABŞ-la sərhədə göndərilib.

""Bəstəboy" 2015-ci il ən güclü qorunan həbsxanadan tünel qazaraq qaçmağı bacarmışdı"
Xoakin Qusmanın çatdırıldığı yerli həbsxana gücləndirilmiş mühafizə altına keçirilib. Cinayətkar Syudad-Xuaresə təyyarə ilə aparılıb. O, aeroportdan həbsxanaya isə helikopterlə aparılıb. Mütəxəsislər Qusmanın ABŞ-la sərhədə köçürülməsini onun qonşu ölkəyə ekstradisiyasına hazırlıq kimi dəyərləndirib.

Meksika polisi "Bəstəboy" ləqəbli məşhur narkobaron Xoakin Qusmanı bu il yanvar ayında tutub. "Bəstəboy" 2015-ci il ən güclü qorunan həbsxanadan tunel qazaraq qaçmağı bacarmışdı. "Missiya yerinə yetirildi, biz onu yaxaladıq. Xəbər vermək istəyirəm ki, Meksika vətəndaşı Xoakin Qusman Loera saxlanılıb", - deyə Meksika prezidenti "Tvitter" hesabında yazıb.

Xoakin Qusman

Meksika prezidenti ölkənin təhlükəsizlik qüvvələrinə təşəkkür edib. Tam adı Xoakin Arçivaldo Qusman Loera olan narkobaron, eyni zamanda "El Çapo" ləqəbiylə tanınıb. Qusman uzun illər axtarışda olub və bir neçə dəfə həbsxanadan qaçıb. Vaxtiylə ABŞ Dövlət Departamenti narkobaronun tutulmasına dəstək verən məlumat üçün 5 milyon dollar mükafat vəd edib.

Son iki ildə ABŞ-da və Meksikada Qusmanın bir neçə yaxın qohumunu və silahdaşını həbs edib. "Forbes" jurnalı onun sərvətini təxminən bir milyard dollar səviyyəsində qiymətləndirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR