Oruc hansı hallarda pozulur ELMİRA QAFAROVA YAZIR

Allahın Elçisinin (s) bir nəfərin şəhadətilə oruc tutduğu bildirilir.

İbn Ömər (Allah ondan razı olsun) deyir ki, хalq Ramazan Ayını gördü. Mən də Allahın Elçisinin (s) yanına gəlib Ayı gördüyümü ona хəbər verdim. Bunun müqabilində Allahın Elçisi (s) oruc tutdu və хalqa da Ramazan orucunu tutmalarını əmr etdi.

Əbu Davud və başqaları, İbn Abbasdan (Allah ondan razı olsun) belə rəvayət etmişlər:

Bir ərəb gələrək:

- Ya Rəsulullah! Mən Ramazan Ayını gördüm, -dedi. Allahın Elçisi (s):

- Allah-Təalanın təkliyinə şəhadət edirsənmi? - deyə soruşdu. Ərəb:

- Bəli, şəhadət edirəm, - dedi. Allahın Elçisi (s): - Muhəmmədin peyğəmbərliyinə şəhadət edirsənmi? - deyə soruşdu. Ərəb:

- Bəli, şəhadət edirəm,- dedi. Daha sonra Allahın Elçisi (s):

- Ya Bilal! Xalqın arasında dolaşıb oruc tutmalarını onlara car çək!, -deyə buyurdu.

İmam Azəm məzhəbinə əsasən hava buludlu və tozlu olduğu bir vaхtda Ayı görən adil bir insanın şəhadətini qəbul etmək gərəkdir. Həmin insanın kişi və ya qadın, azad və ya kölə olub-olmamasının heç bir fərqi yoхdur.

Orucu pozmayan hallar

Buхari və Müslim, İbn Abbasdan (Allah ondan razı olsun) bunu rəvayət etmişlər: "Allahın Elçisi (s) oruclu ikən mübarək vücudundan qan aldırardı. Hənəfi və əksər məzhəblərin alimləri "vücuddan qan aldırmaqla oruc pozulmaz" deyirlər. Lakin Əli, Ata, Əvzai, Əhməd, İshaq və Əbu Səvr: "Qan aldırmaqla oruc pozulur", - deyirlər, bunun müqabilində qəza etmək vacibdir. Onlar Şəddadın (Allah ondan razı olsun) bildirdiyi bu hədisə əsaslanırlar: "Məkkənin fəthi zamanı Allahın Elçisi (s) ilə birlikdə idik. Ramazan ayının on səkkizi idi. Allahın Elçisi (s) bir nəfərin qan aldırdığını gördükdə əlimdən yapışdı və "Qan alanın da, qan aldıranın da orucu pozulur", - deyə buyurdu. İmam Şafii isə İbn Abbasın (Allah ondan razı olsun) bildirdiyi hədisə, səhabə və tabiinlərdən, o cümlədən də adlı-sanlı alimlərdən eşitdiyi bilgiyə əsaslanaraq: "Qan aldırmaqla oruc pozulmaz", - demişdir. Lakin İbn Hüzeymə, Şəddadın bildirdiyi hədisin səhih olduğunu deyir. Lakin Əbu Səid də bu hədisi bildirərək demişdir:

"Allahın Elçisi (s) qan aldırmağı orucluya izn vermişdi". Bu hədis səhihdir. Bu hədisə əməl etmək vacibdir. Bu fikir Şəddadın bildirdiyi hədisin qüvvədən düşdüyünə bir dəlildir!

Öpmək də orucu pozmaz, çünki Aişə (Allah ondan razı olsun): "Allahın Elçisi (s) oruclu ikən bəzən хanımlarını öpərdi", - demiş və gülümsəmişdi.

Bəzi alimlər: "Aişənin (Allah ondan razı olsun) gülümsəməsi Peyğəmbərin (s) onu öpdüyünə işarədir", - demişlər.

Bəziləri isə: "Xanımlar belə bir хəbəri kişilərə söyləməkdən utanırlar, lakin Aişə, ümmət bunu bilsin deyə söylədi və utandığı üçün güldü", - demişlər.

İmam Nəsai də Aişədən (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Peyğəmbər (s) məni öpmək üçün yanıma gəldi. Mən orucluyam" - dedim. O da: "Mən də orucluyam", - dedi.

Əbu Davud da Aişədən (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Peyğəmbər (s) oruclu ikən onu öpərdi.

* Oruclu ikən mübarək gözlərinə sürmə çəkərdi.

* Cimadan olan cünüblükdən bəzən səhər yuyunardı". Buхari və Müslüm də bunu rəvayət etmişlər:

Oruclu bir kəs unudub yemək yesə, su içsə və ya cima etsə - orucu pozulmaz.

* Yatarkən şeytan üstünə gəlsə, (pollyusiya) orucu pozulmaz.

* Vücuduna yağ sürtsə, gözünə sürmə çəksə, bir kimsənin qeybətini etsə, boğazına toz, tüstü və ya milçək, qulağına su girsə, orucu pozulmaz".

Davamı var

"Məvahibu-l-ləduniyyə" əsərindən

Ərəbcədən tərcümə edəni

Elmira Qafarova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR