Quranda içki və qumar haqqında NƏ DEYİLİR?

Şərqşünas Elmira  Qafarova  özünün  feysbuk  səhifəsində  müqəddəs  kitabımız  olan Quranda  içki  və  qumar  haqqında deyilənlərə  şərh verib. Şərhdə  deyilir: "(Ya Muhəmməd!)Səndən içki və qumar haqqında sual edənlərə söylə:"Onlarda həm böyük günah,həm də insanlar üçün mənfəət vardır.Lakin günahları mənfəətlərindən daha böyükdür"("ƏL-Bəqərə"surəsi;219)
Ayənin ərəb mətnindəki dilimizə "içki " olaraq tərcümə edilmiş الخمر -əl-xəmr sözünün hərfi mənası "(insanın)ağlını başından alan,ağlı örtən , ağlı dumanlandıran" deməkdir. الخمر sözünün dilimizə içki kimi tərcümə edilməsi və bu içkinin də konkret şərab olaraq başa düşülməsi səhvdir!!!!
Xəmr dedikdə yalnız şərab deyil,bütün növ həm spirtli,həm də uyuşdurucu maddələr nəzərdə tutulur.

Allah Təala "Əl-Maidə surəsinin 90 cı ayəsində buyurur:"Şərab da (içki),qumar da....Şeytan əməli olan murdar bir şeydir.Bunlardan çəkinin ki,nicat tapasınız!"

Bəs spirtin və uyuşdurucu maddələrin insanlar üçün mənfəəti-yəni xeyiri nədir?Allah Təala:" Onlarda insanlar üçün xeyir vardır"-buyurursa, deməli insanlar həmin xeyri bilməli və ondan yararlanmalıdır.Bunlar:
-dərmanlardır ki,tərkibində spirt var və xəstələndikdə insanlar onlardan istifadə etməyə məcburdurlar;
-bütün növ kosmetik vasitələrdir ki,tərkibində spirt var .Onlardan,eləcə də tərkibində spirt olan ətirlərdən möminlərin istifadə etməsi haram sayılmamalıdır,çünki onların istifadə edilməsi insanın ağlını başından almır!!!!
-narkozdur ki, ağır cərrahiyyə əməliyyatı öncəsi mütləq surətdə xəstələrə(eləcə də mömin olan xəstələrə)vurulmalıdır.
-tərkibində spirt olan yuxugətirən dərmanlardır ki,ağır xəstələrin onlardan istifadəsi zəruridir.
P.S.bəzi xəstələrə həkimlər (ürək -damar) gündə müəyyən qədər şərab içməyi tövsiyyə edirlər."

P.S.S.Dinşünasların  fikrini  dərc  etməyə hazırıq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR