Respublikamızda məzhəblər arasında həmrəylik mövcuddur

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili" mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Bəşirov çıxış edərək bildirib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində bu sahədə qəbul edilən qanunların sonradan təkmilləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı respublikamızda dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq bildirib ki, bir sıra ölkələrdə məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda məzhəblər arasında həmrəylik mövcuddur və Azərbaycanın əksər məscidlərində vəhdət namazları qılınır. Ölkə rəhbərliyinin mənəvi dəyərlərimizə diqqət və qayğısından da danışan S.Salahlı Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanların Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu milli siyasət nəticəsində mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyini qeyd edib. Dini radikalizmlə mübarizə tədbirlərindən də danışan natiq dini ekstremizm, radikalizmlə mübarizədə vəhdətin və həmrəyliyin vacibliyini diqqətə çatdırıb. O vurğulayıb ki, bəzi xarici qüvvələr radikal qruplara dəstək verərək onların vasitəsilə İslamı gözdən salmağa, müsəlman ölkələrində münaqişələr yaratmağa cəhdlər edirlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR