Allahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.

Bu barədə QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.

A.Paşazadə ölkədəki tolerant mühitdən söhbət açaraq Azərbaycanda əsrlərdən bəri multikultural dəyərlərin son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb.

M.Şnayer, öz növbəsində, Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirdiyini, Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. O, QMİ sədri ilə Bakıda və ABŞ-da keçirdikləri görüşləri, habelə Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri çərçivəsində keçirilmiş tədbirlərdə iştirakını məmnunluqla xatırladıb. Azərbaycanda müxtəlif xalqların və etnik qrupların, o cümlədən yəhudi icması nümayəndələrinin dinc yanaşı və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığını qeyd edən qonaq onların Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyini xüsusi vurğulayıb. M.Şnayer bildirib ki, multikulturalizm siyasəti vasitəsilə etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətləri dünya ictimaiyyəti yüksək dəyərləndirir. Azərbaycanın qlobal ideyalarının dünyaya yayılmasına hər zaman dəstək olacağını bildirən Fondun prezidenti rəhbərlik etdiyi ABŞ Etnik Anlaşma Fondunun bu işə öz töhfəsini əsirgəməyəcəyini qeyd edib.

A.Paşazadə bildirib ki, bu gün bir çox dövlətlər Azərbaycanın bu sahədəki uğurlu təcrübəsini öyrənir. Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilmiş bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliği baxımından son dərəcə mühümdür. Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində tədbirlərin davamlı olmasının zərurətindən danışan QMİ sədri qarşıdakı Berlin konfransı haqqında qonağı məlumatlandırıb.

report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR