Yeniyetmələrin III Yay Olimpiya Oyunları keçiriləcək

Azərbaycan nümayəndə heyətinin Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hazırlıqları sona çatır.  Milli Olimpiya Komitəsindən "OLAYLAR"-a bildirilib ki, nümayəndə heyəti Buenos Ayresə yola düşəcək.

Ölkəmiz 2010-cu ildən bəri Yeniyetmələrin Olimpiya Oyunlarında iştirak edir. Azərbaycan bu oyunlarda 17 idmançı, ümumilikdə 40-a yaxın nümayəndə heyəti ilə təmsil olunacaqdır. İdmançılar gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo, stolüstü tennis idman növlərində mübarizə aparacaqlar.

Oyunlara idmançılarla yanaşı Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, federasiya nümayəndələri və digər rəsmilər yola düşəcək.

6 oktyabrda keçiriləcək Açılış mərasimində öncəki oyunlardan fərqli olaraq atletlərin paradı keçirilməyəcək. Buenos Ayres 2018 Yeniyetmələrin Olimpya Oyunlarında 206 ölkədən 4012 idmançı iştirak edəcək. Oyunlarda Kosova və Cənubi Sudan ölkələri ilk dəfə çıxış edəcəklər.

Oyunların cədvəlinə rəsmi olaraq 4 idman növü əlavə olunub. Bunlar dırmanma, karate, idman rəqsi və təkərli konkisürmə idman növləridir. Buenos Ayresdə iştirak edəcək idmançılar 15-18 yaş kateqoriyasına daxildir və bu oyunlar gender bərabərliyinin qorunması ilə fərqlənib.

Yeniyetmələrin III Olimpiya Oyunları keçirilməsi əsasən 4 ərazi üzrə planlaşdırılıb. Bunlar Urban Parkı, Yaşıl Park, Teknopolis Parkı və Olimpiya Parklarıdır. Yeniyetmələrin Olimpiya Oyunlarına daxil olan idman və yaşayış qurğularının ümumi sayı 16-dır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR