Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətini İnkişafına Yardım Assosiasiyasının www.1905.azportalında keçirilən diskussiyalar silsiləsi davam edib. 

"OLAYLAR"-a təhsil ocağından bildirilib ki, müzakirədə dini dözümlülük ənənələrinin möhkəmlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu, dövlət-din münasibətlərinin tənzimlənməsində Azərbaycan modeli və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Diskussiyada ölkəmizdə sovet hakimiyyəti dövründə xalqımızın milli kimliyindən uzaqlaşdırıldığı, dini-ibadət ocaqlarının dağıdıldığı, dini ayinlərin icrasının qadağan olunduğu bildirilib. Tədqiqatçılar Ümummilli Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirildiyini, Azərbaycan təcrübəsinin dünyanın müxtəlif ölkələrində öyrənildiyini qeyd ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR