İlahiyyat İnstitutu Alban-Udi Xristian dini icması ilə birgə tədbirlər həyata keçirəcək

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili ilə görüşüb.

Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, rektor Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinisalamlayaraq  Azərbaycan İlahiyyat İnstitututunun yaranma məqsədi və İnstitutun tədris standartları barədə ətraflı məlumat verib. O, Azərbaycan İlahiyyat İnstitutunda İslamla yanaşı, digər dünya dinləri, xüsusən də Yəhudilik və Xristianlıq haqqında fənlərin tədris ediləcəyini qeyd edərək gələcəkdə Azərbaycanda mövcud  olan dinlərin tarixi və mədəniyyəti ilə bağlı tədqiqat mərkəzlərinin, həmçinin yəhudilik və xristianlıqla bağlı ixtisasların açılmasının planlaşdırıldığını qeyd edib. C.Məmmədov gələcəkdə institutun tələbələrinin Nic kəndinə ekskursiyasının təşkilinin, alban-udi icması ilə birlikdə seminar və konfransların keçirilməsinin, Qafqaz alban irisinin araşdırılması istiqamətində dini ədəbiyyatın nəşrininnəzərdə tutulduğunu da bildirib.Eyni zamanda Aİİ rektoru bu sahədə dünyada mövcud olan qabaqcıl elmi müəssisələrlə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Azərbaycanda tarixən dinlərarası münasibətlərdə tolerant mühitin mövcud olduğunu qeyd edən rektor ölkəmizdə dini icmalara dövlət tərəfindən böyük qayğı göstərildiyini, bu siyasətin əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin siyasəti bu gün uğurla davam etdirdiyini, dövlətin dini qurumlara mütəmadi olaraq maliyyə vəsaitinin ayırdığını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət göstərdiyini bir çox dini ibadət ocaqlarının təmir və ya bərpa olunduğunu, dini təhsil müəssisələrinin yaradıldığınıvurğulayıb.

Daha sonra Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycanda qeyri-müsəlman dini icmaların nümayəndələrinin təhsil almaları üçün yaradılan şəraitdən danışıblar. İcma sədri Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından məmnunluğunu ifadə edib və bu sahədə öz vətəninə bağlımilli mütəxəssislərin hazırlanmasına ciddi ehtiyac olduğunu vurğulayıb. Təmsil etdiyi icma ilə İlahiyyat İnstitutu arasında əməkdaşlığa hazır olduqlarını qeyd edən Robert Mobili Alban-Udi Xristianlığına aid birlikdə kitab nəşr etdirməyin mümkünlüyünü  bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR