İlahiyyat İnstitutu Aşura günü ilə bağlı qan vermə aksiyası keçirib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Aşura günü ilə bağlı qan vermə aksiyası keçirib.

"OLAYLAR"-a təhsil ocağından bildirilib ki, aksiyada Aİİ-nin rektoru Ceyhun Məmmədov, institutun müəllim heyəti və əməkdaşları iştirak ediblər. Aksiyada əldə olunan qan hemofiliyalı xəstələrin müalicəsinə sərf olunacaq. 

Aşura günü qanvermə aksiyalarının təşkil olunması Azərbaycanın dini ənənələrə və xüsusən də Kərbəla hadisəsinin qeyd olunmasına daha bir humanist töhfəsidir. Ümid edirik ki, dünyanın digər bölgələrində Aşuranı qeyd edən müsəlmanlar  Azərbaycanda mövcud olan bu humanist ənənəni mənimsəyərək Məhərrəmlik mərasimlərini İslamın və Kərbəla şəhidlərinin şəninə uyğun şəkildə qeyd edəcəklər.

Qeyd edək ki, fəaliyyətindəAzərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksəkdini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini əsas məqsədi hesab edən Aİİ bundan sonra da, hər il aşura mərasimi ilə bağlı qan vermə aksiyaları keçirməyi planlaşdırır.Bundan əlavə, institutda Azərbaycan cəmiyyətini düşündürən və narahat edən mövzularla bağlı silsilə maarifləndirmə tədbirlərinin, o cümlədən Kərbəla hadisələri ilə əlaqəli tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Məlumat üçün bildirək ki, bu mövzuda "Kərbəla hadisəsinə tarixi, sosio-psixoloji və ədəbi baxış" adlı ilk tədbir sentyabrın 19-da alimlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcəkdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR