Allahşükür Paşazadə Avstriyaya gedəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Avstriyaya səfərə yola düşür. 

İdarədən verilən məlumata görə, səfərdən məqsəd iyulun 5-də Vyanada keçiriləcək KAİCİİD Dialoq mərkəzinin Direktorlar Şurasının növbəti 18-ci sessiyasında iştirak etməkdir.

Dünyanın nüfuzlu beynəlxalq hökümətlərarası təşkilatı olan KAİSİİD qurumunun 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman din xadimi - şeyxülislam A.Paşazadənin qatılacağı sessiyanın gündəliyində bir sıra önəmli məsələlər, o cümlədən, mərkəzin idarəetmə sistemində mühüm dəyişikliklərlə bağlı müzakirələr nəzərdə tutulub.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR