“Başqa ölkənin dini liderini, dövlət başçısını öz doğma vətən, xalq və dövlətindən ūstūn tutan gənclərimiz var”

İlqar Altay: "Siyasi dini təbliğat da məhz bu amildən çox istifadə edir ki, bu isə hakimiyyəti tənqid və xalqın tərəfini tutmaq adı ilə öz siyasi-dini xarici təbliğatını aparmağa imkan yaradır"

Son illər ölkədə dini sahədə həyata keçirilən məqsədyönlü tədbirlər, atılan uğurlu addımlardan biri də xaricdən radikal dini qruplaşmaların respublikamıza ixracının qarşısının alınması, vətəndaşların, xüsusilə gənc nəslin kənar dini təsirlərdən uzaqlaşdırılması, eləcə də bu kimi zəruri tədbirlərdir. Nəzərə alsaq ki, radikal dini qruplaşmalar, eləcə də İslam dinini gənclərə yalnış yöndən çatdırmağa çalışan bəzi maraqlı qruplaşmalar gizli şəkildə, fərdi evlərdə fəaliyyət göstərirlər, o zaman bu kimi fəaliyyətlərin müəyyən mənada qadağan edilməsi ən doğru addım ola bilər. Təsadüfi deyil ki, son vaxtlar bu məsələ kifayət qədər aktuallaşıb. Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov da fərdi evlərdə fəaliyyət göstərən bu tipli kurslar, dini təbliğat təşəbbüslərinin qarşısının alınmasının mümkünlüyündən danışıb.  O, bildirib ki,

hazırda Azərbaycanda məsciddən, kilsədən kənarda dini kitabları tədris edən kurslara rast gəlinir. Gündüz İsmayılov qeyd edib ki,Allahın kitablarını öyrənmək təbii hadisədir: "Əlbəttə biz də istəyirik din təbliğ olunsun. Amma Quran kursu açmaq üçün Qafqaz Müsəlmanları İdarəsindən icazə almaq lazımdır. Bu icazə bütün dini kitabları öyrənmək kurslarına aiddir".

Dövlət Komitəsinin rəsmisi vurğulayıb ki, hər kəs evində ibadət edə bilər, amma evlərdə kütləvi ibadətlər təşkil edilməməlidir: "İnsanlar öz evlərindən kütləvi dini ibadətlər üçün istifadəyə yol verməməlidirlər".  Onun sözlərinə görə, dini icmaların sədrl­ərinin böyük əksəriyy­əti hətta qeydiyyatda­n keçmiş dini icmanın­ Nizamnaməsi ilə tanış deyillər: "İslam təmayüllü icmalardan fərqli olaraq qeyri-islam təmayüllü icmalar qanunvericiliyi daha yaxşı bilir". Gündüz İsmayılo­v ­bildirib ki, Azərbaycan vətəndaşı olmayan şəxslərin ölkədə dini təb­liğatla məşğul olmasına icazə verilmir: "Qanunvericilik­də bu, qadağandır. An­caq əsasən qeyri-isla­mi yönümlü dini icmal­larla bağlı belə hall­ara rast gəlirik. Bu,­ yolverilməzdir".

Fərdi yaşayış evlərində Quran kursları adı altında açılan kurslarda yalnış istiqamətdə dini təbliğatın aparılması, eləcə də digər bu kimi qeyri-qanunu hərəkətlərə yol verilməsi hallarının qarşısının alınmasının vacibliyi cəmiyyətin müxtəlif təbəqələri tərəfindən də qeyd olunur. Onlar da birmənalı şəkildə qeyd edirlər ki, bu kimi hallara qarşı mübarizə bir qədər də effektli aparılmalı, belə yerlər bağlanmalıdır.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay deyir ki, evlərdə, yəni qeri-məscid məkanlarında kūtləvi ibadətlə məşğul olma qadağandır. Onun sözlərinə görə, həmçinin Azərbaycan vətəndaşı olmayan şəxsin dini təbliğat etməsi, məşgul olması qadağandır: "Bunlar var, aydındır. Fikrimcə ūmumiyyətlə, bu dini təbliğata qadağa qoyulmalıdır. Hər kəs öz daxili ehtiyacı, inancına uygun halda öz dini ibadəti ilə məşğul olmalıdır. Allahla özū birbaşa mūraciət, əlaqədə bulunmalı və bilavasitə ona ibadət erməlidir. Vasitəçisiz. Çūnki, xūsusi təbliğatla, insanları, būtūn inamlarını, sevgi və ən əziz ruhi hiss duygularını Allahın valisi, yerdəki "nūmayəndələrinə", ayətullaha, şeyxlərə və imamlara yönəldirlər,. Təbliğat insanı onun beynini yumaqla avtomatik həmin "valilər" və onların yan-yörəsinə, şəbəkəsinə tabe etdirir.

Beləliklə yūz minlər, milyonlarla inanclının cox hissəsi öz daxili istək və inamı ilə yox, psixoloji təbliğat təsiri ilə, asılı olmadan dinin və təbii ki, həmin din şəbəkəsinin təsirinin altına dūşmūş olur.  Təhlūkə isə ondadır ki, beyni yuyulub təsir altına dūşmūş insanlar və xūsusilə də gənclər həmin "valilər" tərəfdən istənilən lazımi səmtə yönəldilə bilirlər. Antidövlət, antixalq, radikallıq və ekstremizm və s. antikonstitusion tərəflərə".

İlqar Altay deyib ki, Azərbaycan kimi yenicə mūstəqillik tapıb ayaq ūstə durmuş və bu illərdə mūharibə, işgal və s. xarici təsir, təzyiq, təhdidlərdən, heç normalda ayağa da dura bilməmiş, kövrək ictimai birlikli, dayanqlı ölkədə dini təbliğat risqli, təhlūkəlidir: "O səbəbdən ki, hələ oturuşmamış vətən, millət və dövlət ideologiyalı ölkədə insanlara təbliğat hesabına, din amili təsiri ilə və pərdəsi altında bašqa yad ölkələrin milli, dövlət ideologiyasını aşılamaq mūmkūndūr. Eləcə də yad təşkilatın. Hətta, bu saat başqa ölkənin dini lideri, dövlət başçısını öz doğma vətən, xalq və dövlətindən ūstūn tutan xeyli cavan, gənclərimiz var. Siyasi dini təbliğat da məhz bu amildən çox istifadə edir ki, bu isə hakimiyyəti tənqid və xalqın tərəfini tutmaq adı ilə öz siyasi-dini xarici təbliğatını aparmağa imkan yaradır. Və bundan da tam istifadə edilir. Məncə qeyd etdiyim yaranmış ictimai təhlūkəli durumda, ölkədə mūvəqqəti olaraq dini təbliğat dayandırılmalıdır. Istər məsciddə, istər evlərdə.. Məscidlər isə, inanclı fərdlərin təbliğat, söhbət və kənar təsirsiz birbaş Allaha ibadəti üçündūr".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR