"Bəzisi qarajını, bəzisi evini məscidə çevirmək istəyir"

"Dini icmaların sədrlərinin böyük əksəriyyəti rəhbərlik etdiyi dini icmanın Nizamnaməsi ilə belə tanış deyillər. İslam təmayüllü dini icmalardan fərqli olaraq, qeyri-islami yönümlü dini icmaların əksəriyyəti bu barədə daha çox məlumatlıdır".

Bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Dövlət-din münasibətlərinin hüquqi bazası" mövzusunda keçirilən respublika müşavirəsində Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

G. İsmayılov bildirib ki, qanunda müqəddəs kitabların öyrədilməsi halları əksini tapıb: "Çox vaxt məsciddən kənarda Quran kursları təşkil olunur. Müqəddəs kitabların öyrədilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməlidir. Quran öyrədilməsi məqsədi ilə kursların açılmasını dəstəkləyirik. Ancaq Quran kursu yaratmaq üçün Qafqaz Müsəlmanları İdarəsinin razılığı olmalıdır. Digər müqəddəs kitabların öyrədilməsi ilə bağlı da qanunvericiliyin tələblərinə riayət edilməlidir".

Dövlət Komitəsinin sədr müavini qeyd edib ki, bu gün məsciddən, kilsədən kənarda dini fəaliyyət göstərmək halları var: "Bəzisi qarajını, bəzisi evini məscidə çevirmək istəyir. Kimsə evində ibadət edə bilər, amma heç kim evini məscidə çevirə bilməz. Görürsən ki, bir şəxsin bir vaxt maşını saxlamaq üçün qaraj kimi istifadə etdiyi yerə insanlar kütləvi ibadətə gedirlər. Bu, yolverilməzdir. Belə hallar əsassız olaraq bəzi beynəlxalq təşkilatların hesabatlarına da düşür.

Bundan başqa, cəbhəyanı kəndlərdə, bölgələrdə hansısa sektaların, radikal qrupların dini təbliğatına yol verməmişik və verməyəcəyik.

Heç bir halda qanunvericilikdən kənar dini fəaliyyətlə yol verilməyəcək".

Apa

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR