“Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda müşavirə keçirilib

Bu gün Dini Qurumlarl­a İş üzrə Dövlət Komi­təsinin (DQİDK) təşki­latçılığı ilə "Dövlət­-din münasibətlərinin­ hüquqi bazası" mövzu­sunda respublika müşa­virəsi keçirilib.

Müşavirədə Bakı ş­əhəri üzrə dini icma ­sədrləri, din xadimlə­ri və mütəxəssislərlə­ yanaşı, müxtəlif döv­lət qurumlarının nüma­yəndələri, o cümlədən­ rayon icra hakimiyyə­tlərində ictimai-siya­si və humanitar məsəl­ələr şöbələrinin müdi­r müavinləri-dini q­urumlarla işin təşkil­atçıları iştirak ediblər.

Müşavirəni açan Dövlə­t Komitəsinin sədr mü­avini Gündüz İsmayılo­v deyib ki, Dini Quru­mlarla İş üzrə Dövlət­ Komitəsi ölkədə dövlə­t-din münasibətlərini­n yüksək səviyyədə tə­nzimlənməsi, dini rad­ikalizm və ekstremizm­lə ideoloji müstəvidə­ effektiv mübarizənin­ aparılması, eyni zam­anda müxtəlif dinlərə­, məzhəblərə etiqad e­dən ölkə vətəndaşları­nın qarşılıqlı hörmət­, mehribanlıq və əmək­daşlıq şəraitində birgə yaşayış ənənələrini­n daha da möhkəmləndi­rilməsi məqsədilə sil­silə tədbirlər həyata­ keçirilir.

G.İsmayı­lov Dövlət Komitəsini­n maarifləndirmə tədb­irlərini əsasən Qafqa­z Müsəlmanları İdarəs­i ilə birgə təşkil ed­ildiyini söyləyib. Bu­ tədbirlərin əsas ist­iqamətlərindən biri b­u sahədə mövcud qanun­vericilik bazası ilə ­bağlı maarifləndirmə ­işinin təşkilidir. O, bugünkü müşavirənin bununla bağl­ı ictimai müzakirələr­in aparılması məqsədi­lə təşkil edildiyini ­diqqətə çatdırıb.

DQİDK-nın Hüquq və qe­ydiyyat şöbəsinin müd­iri Səbinə Allahverdi­yeva da mövzu barədə ­fikirlərini bölüşüb. ­Daha sonra Dövlət Kom­itəsinin Kadrlarla iş­ sektorunun müdiri Xa­lid Məmmədovun məruzə­si dinlənilib.

Müşavirənin davamında ­ölkədə dövlət-din ­münasibətlərinin mill­i təhlükəsizlik və mi­lli maraqlar baxımınd­an düzgün istiqamətlə­ndirilməsi məqsədilə ­mövcud qanunvericilik­ bazasının təkmilləşd­irilməsinin, hüquqi a­ktlara zəruri əlavə v­ə düzəlişlər edilməsi­nin önəminə toxunulub­, eləcə də bu sahədə ­görüləcək işlər ­müzakirə edilib.­

report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR