Komitə sədrinin müavini: "Yad dini ideologiyaların təsirinə məruz qalaraq ölənlər şəhid sayılmır"

Yad dini ideologiyaların təsirinə məruz qalmış, onların apardıqları döyüşlərdə ölmüş, öldürülmüş şəxsləri də bəzən şəhid kimi adlandırırlar. Bu, düzgün deyil.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfransda deyib.

S.Heydərov bildirib ki, həmin şəxslərin heç birinin amalında şəhidlik yoxdur: "Bu məsələdə anlayışlı olmaq lazımdır. "Qurani-Kərim"də bu məsələ aydın ifadə olunub. Bizim dünyagörüşümüzdə, azərbaycançılıq fəlsəfəmizdə vətən uğrunda ölənlər şəhid hesab olunur. Hər bir kəs özünə arzulayar ki, o səviyyəyə çatsın. Qəhrəman kimi dünyasını dəyişmək ən böyük nemətdir".

Trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR