Ramazanda necə qidalanmalı?

Hansı ərzaq məhsullarının qəbulu orqanizmə ciddi ziyan vura bilər?

Artıq müqəddəs Ramazan ayının son onuncu gününü yaşayırıq.  Bir qayda olaraq Ramazan ayında necə və hansı ərzaqlarla qidalanmaya dair müxtəlif fikirlər səsləndirilir. Xüsusilə, Ramazan ayı ilin istia aylarına təsadüf etdiyində bu məsələ daha da aktuallaşır.

Bəs görəsən həkimlər, tibb  mütəxəssisləri bu barədə nə düşünür? Həkim Füzuli Hüseynov deyir ki, iftar 2 hissəyə bölünməlidir. Onun sözlərinə görə,  birdən-birə mədəni çox yükləmək olmaz: "Çünki aclıq zamanı maddələr mübadiləsi zəifləyir, çoxlu qida qəbulu da köp, sancı və qəbizliyə səbəb ola bilir. Yeməyə su ilə başlayın, sonra sulu yeməklərə üstünlük verin, çalışın süfrənizdə mövsümi tərəvəzlər, qatıq, ayran, salat, göyərti bol olsun. Mədəsində qıcqırma olanlar qatığı kefirlə əvəzləməlidir. Sulu yeməkdən sonra isə biraz istirahət etmək lazımdır". Füzuli Hüseynov deyir ki, bundan sonra enerjili yemək qəbul etmək olar: "Yenə də ağ çörək istifadə etməyin. Lifli yeməklər, meyvələr və quru meyvələr yeyin. Yeməkdən sonra köpün, qəbizliyin və sancıların qarşısını almaq üçün yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkiləri tək-tək və ya qarışıq halda dəmləyib içmək lazımdır. Ümumiyyətlə, Ramazanda hər gün yaxşı qidalanmaq vacibdir, çünki sabah yenə oruc tutulmalıdır".

Füzuli Hüseynov deyir ki, son bir neçə ildə Ramazan ayı isti aylara təsadüf etdiyindən oruc tutanlar bir qayda olaraq susuzluqdan əziyyət çəkirlər. Eyni zamanda günün uzun olması da buna təsirsiz ötüşmür. Elə Füzuli Hüseynov da oruc tutan insanların tez susamaması üçün diqqət yetirmələri vacib olan məqamlara toxunub: "Bu günlər ən uzun günlərdəndir ki, Allahın izni ilə bu orucları tuturuq. Nəzərə alsaq ki, həm uzun bir gün və həm də havaların isti keçməsi, günəş altında çox olanlar və ürək problemləri olanlarda bir sıra fəsadlar törədə bilər. Ona görə də səhər imsakda bəzi tədbirlər görmək lazımdır ki, həm çox susuzluq hiss olunmasın, həm də qan çox qatılaşmasın, həm də özümüzü yaxşı hiss edək ki, ən azından sabahkı orucumuzu tuta bilək. Deməli, yaxşı olar ki, iftarla imsak arasında ən azından 3 litr çiy su içilsin, bu çaya, meyvə şirələrinə aid deyil. Çay və meyvə şirələri bədəndəki suyu qovur, ona görə yalnız çiy suya çox üstünlük verilməlidir. Yaxşı olar, 1 ədəd limonu qabıqlı olaraq kiçik-kiçik doğrayıb, 3-4 stəkan çiy suyun içinə atıb, imsak vaxtı içəsiniz. Çalışın imsak vaxtı çay içməyəsiniz, içmək istəsəniz açıq və limonlu çay için. Susuzluğun qaşısını almaq üçün 1 çay qaşığı məkkəgülü çiçəklərini 3 stəkan suda dəmləyib, bunu həm isti vəziyyətdə, həm də soyuq vəziyyətdə içə bilərsiniz. Məkkəgülü çayını yeməkdən sonra içmək lazımdır. Təzyiqi aşağı olanlar 1 stəkana 1 çay qaşığı bal və ya bəkməz qarışdırıb içə bilərlər. İmsakda içilən çiy suya təbii alma sirkəsi də qarışdırıb içmək çox yaxşıdır. Beləki 1 stəkan suya 1 xörək qaşığı alma sirkəsi qarışdırıb içə bilərsiniz. Bu həm də arıqlamaq istəyənlər üçün çox faydalıdır. İmsakda çox duzlu və çox ədviyyatlı yeməklərdən çəkinin, çünki bunlar da susuzluğa səbəb olan qidalardır". Həkim onu da qeyd edib ki, isti yay günlərində oruclu vaxtı hamımızın ürəyi yeməkdən daha çox su istəyir, iftarda bol-bol su içməyi düşünərək orucumuza davam edirik və iftara yaxın hər suları süfrələrimizə düzürük: "Ramazan həm də sağlıq qazanmaq ayı olduğundan çalışmaq lazımdır ki, bu ayda bədənimiz ziyan görməsin. Məsələn hər axşam soyuq su ilə iftar açılması və ya iftarda soyuq suyun bol-bol içilməsi soyuq suyun keçdiyi bütün yolların iltihablanmasına səbəb ola bilir. Angina, faringit, lorinqit kimi iltihabi xəstəliklərə və ən əsası isə mədəmizə elə bir zərər verə bilərik ki, illərlə davam edə bilər. Bir sözlə soyuq su iltihab mənbəyidir". Füzuli Hüseynov iftarda qazlı su qəbul etməyi də lazım bilmir. Onun sözlərinə görə, qazlı su soyuq sudan da zərərlidir: "Qazlı su mədə divarını güclü bir şəkildə aşılayır. Həımçinin qazlı su böyrək yumaqcıqlarından süzüləndə yumaqcıqları zədələyir.  Hətta bu böyrəklərimizi sıradan çıxara bilər. Onu da qeyd edim ki, qazlı su xassəcə turş mühit olduğundan bədəni turşlaşdırır. Unutmayın, bədən mühiti turşlaşırsa bədən çarəsi olmayan sistem xəstəliklərindən tutmuş xərçəngə qədər açıq bir qapı olur". Həkim onu da vurğulayıb ki, iftarda soyuq su içmək məcburiyyətində olsanız suyu ağıza alıb ağızda isidərək yavaş-yavaş içmək lazımdır: "İftarda ən faydalı su otaq temperaturunda olan sudur, çalışın suyu aramla, oturaraq yavaş-yavaş və bol-bol için".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR