Allahşükür Paşazadə ilahiyyatçıların şou-proqramlara qatılmasından narahatlığını bildirib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan televiziyalarında bəzi verilişlərlə bağlı irad bildirib.

APA-nın məlumatına görə, Ramazan ayının başlanması ilə bağlı təbirdə Şeyxülislam əvvəlcə ilahiyyatçı adı altında efirə çıxarılan şəxslərlə bağlı narahatlığını dilə gətirib:
"Hansısa verilişdə ilahiyyatçı və ya ilahiyyatçı alim kimi təqdim olunan şəxslər çağırılır. Ona bu adı kim verib? QMİ-də bu qeydə alınıbmı? İlahiyyatçı adı altında çıxış ağzına gələni danışır, cəmiyyəti çaşdırır".

Şeyx televiziyalarda şou-proqramla ilahiyyatçıların cəlb edilməsinin doğru olmadığını deyib: "Hər şey dini dəyərlərimizə, şəriətə uyğun olmalıdır. Adını şou-proqram qoyub, baxılmayacaq şeylər göstərirlər. Hətta oraya ilahiyyatçı adı altında kimisə dəvət də edirlər. Belə yerdə ilahiyyatçının nə işi var? Dini təbliğ yeridirmi ora?"

Allahşükür Paşazadə daha sonra ölkədə kolbasaların halal adı altında satılmasından da narahatlığını bildirib.

"Üstünə "halal" yazılan kolbasalara halallığı kim ver? Halallığı dini idarə verə bilər. Orucluq ayında bu cür kolbasaların istehlakında diqqətli olmaq lazımdır", - deyə QMİ sədri əlavə edib.
 

Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR