Ramazan ayının başlanması ilə bağlı fitva verildi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fitva verib.

Fitvada deyilir ki, bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 17-də başlayacaq.

Fitvada bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi miladi təqvimlə mayın 17-nə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq. 

Qeyd edək ki, Ramazan ayının son günü iyunun 14-nə təsadüf edir. İyunun 15-16-sı Azərbaycanda Ramazan bayramıdır. 

Oxu.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR