Bu gün 12-ci imam Mehdinin (ə) mövludu günüdür

Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış imam Mehdinin (ə) zühur edəcəyi və yer kürəsini ədalətlə təmin edəcəyini qəbul edir və ona inanır."Sahibəzzəman", "Vəliyyi-əsr", "Vəd edilmiş Mehdi", "Höccət" 12-ci imamın ən məşhur ləqəbləridir.

Peyğəmbərdən (s) nəql edilən hədisə əsasən, onunla Mehdinin adı və künyəsi eynidir və o, dünyanın sonuna bir gün qalsa belə, zühur edərək, yer üzündə ədaləti bərpa edəcək. Bir çox hədislərdə qeyd edilir ki, müsəlmanlar bunun üçün, birinci növbədə, özlərini və cəmiyyətlərini islah etməli və bundan sonra onun gəlişini gözləməlidirlər.Bəzi hədislərdə isə özlərini islah etmiş möminlərin 12-ci imamı gözləmələrinin ibadət kimi qəbul edildiyi bildirilir.Tanınmış sünni alimləri öz əsərlərinin "Mehdi" adlı fəsillərində Peyğəmbərin (s) 12-ci imam barədə hədisini qeyd edərək, Mehdinin (ə) Fatimə (ə) övladı və 12-ci rəhbər olduğunu söyləyiblər.

Məkkədə yaşayan Qüreyş tayfasından və Peyğəmbərin (s) nəslindən olan, Məhəmməd adlı 12-ci rəhbərin cəmiyyətə çıxaraq ədaləti bərpa edəcəyi heç bir müsəlman məzhəbi tərəfindən təkzib edilməyib və məhz buna görədir ki, hazırda qeybdə olan imamın doğum günü bütün müsəlmanlar tərəfindən xüsusi şəkildə qeyd olunur.Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da məscidlər və dini ocaqlarda İmamın doğum günü keçirilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR