Hüzr mərasimlərini necə tənzimləmək olar?

Hacı Ceyhun Şükürov: "Yasa çağırdığın mollaya 50-100 manat deyil, 5-10 manat ver gör nə oyun çıxaracaq"

Cəmiyyətdə radikalizm, xurafatın aradan qaldırılması, bu kimi mənfi halların insanlarımızdan uzaqlaşdırılması istiqamətində son illərdə həyata keçirilən tədbirlər, görülən işlər öz müsbət nəticələrini verir. Xüsusilə bir neçə il bundan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyindən edilən dəyişikliklərdən sonra qeyd edilən müsbət tendensiyanın müşahidə edilməsi bir qədər sürətli xarakter alıb. Son illər həm paytaxt, həm də bölgələrdə bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri cəmiyyətimizdə radikalizmə meyilliliyi aradan qaldırmaqla yanaşı, eyni zamanda xurafat, mövhumatçılıq kimi mənfi ünsürləri də minimum səviyyəyə endirib. Ancaq onu da təəsüüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də radikalizmə və xurafata meyillik cəhdləri də müşahidə edilməkdədir. Əgər Azərbaycanda dini sahədə radikalizmin yayılmasını, onun ölkəmizə fəsadlar gətirməsini xarici təsirlər, güclər istəyirsə, burada xurafat, mövhumatçılığın yayılmasını isə hələ də müasirlik, yeniliklə ayaqlaşmaq iqtidarında olmayan, köhnə fikirli "din xadimləri" arzulayır. Bu qəbildən olanlar sırasında əyalət mollaları xüsusilə seçilir. Sevindirici hal ondan ibarətdir ki, dövlət, onun müvafiq qurumları ilə yanaşı fərdlər də bu kimi mənfi tendensiyalara qarşı mübarizə aparırlar. Elə ilahiyatçı Hacı Ceyhun Şükürov da hesab edir ki, cəmiyyətdə mövhumatçılıq və xurafatı aradan qaldırmaq üçün onu yayanlara qarşı ictimai qınaq təşkil edilməlidir: "Bir məsələ məni həmişə çox düşündürüb. Bir hüzr mərasimini idarə edən molla yasda Quran oxuyub və oxuduğunun savabını ilk öncə Peyğəmbərə (s.a.s), sonra isə İmam Əliyə, imam Həsənə, İmam Hüseynə  ruhlarına bağışlayır.Yəni oxuduğunun savabını onların əməl dəftərinə yazılmasını uca Allahdan niyaz edir. Adama deyən lazım məgər adlarını sadaladığım bu İslam böyüklərinin məqamı və məramı bəlli deyilmi? Məgər Allahın Rəsulu (s.a.s) Məxluqatın ən şərəflisi, Xatamun-Nəbi, Ululəzm Rəsul Şəfaətul amma və xassəyə sahib olan biri deyilmi? Hz Əli sağlığında cənnətlə müjdələnən, Heydər, Əsədullah Peyğəmbər əhli beytinin məhz ondan davam etməsi və.s saymaqla qurtarmayan fəzilətə sahib birisinin şəhidi Kərbəla Cənnət cavanlarının seyyidi İmam Hüseyn (r.a), hər bir halı ilə Peyğəmbərə oxşayan ümmətini hər şeydən üstün tutan, cənnət cavanlarının seyyidi imam Həsən(r.a) bu biçarə mollanın Allah rizasına deyil, pul rizasına oxuduğu savabamı möhtacdır  Bunun din ilə bir əlaqəsi yoxdur. Əksinə biz dua etməliyik ki, bu möhtərəm zatların şəfaətinə nail ola bilək, Allah bizi onlarla həşr etsin. Amma molla əmi elə edir ki,  sanki Peyğəmbərin (s.a.s) və İmamların (r.a.ə) bu biçarənin savabına ehtiyacı vardır". İlahiyyatçı deyib ki,  insan öldükdən sonra onun əməl dəftəri bağlansa da, Allah Rəsulunun (s.a.s) bildirdiyi 3 xüsus istisnadır: "Birincisi, davam edən sədəqə. İnsanların faydası üçün bir yol çəkdirən, su çəkdirən körpü salan və s kimi əməllər  İkincisi,  insanlara fayda verən elm və ya elm üçün atılan xeyirli addım. Kitap yazıb insanların istifadəsinə vermək faydalı ixtira və.s. Üçüncüsü, saleh övlad. O, övlad ki, valideyni üçün etdiyi bütün xeyir işlər o mərhumun əməl dəftərinə yazılır Sədəqə oruc nəzr və.s kimi saleh əməllər. Saleh övlad sədəqə verib, onun bu savabını mərhum atasına və ya anasının əməl dəftərinə yazılmasını Allahdan istiyə bilər Həmçinin oruc tutub onu da ona bağışlaya bilər və.s Quran oxuyub oxuduğu vaxt əldə etdiyi savabı atasının və ya anasının əməl dəftərinə yazılmasını Allahdan istəyə bilər. Baxmayaraq ki bu məsələdə fikhi ixtilf var". Ceyhun Şükürov bildirib ki, bir əməlin qəbul olunması üçün 2 şərt lazımdır: "Birincisi ixlas-səmiyyət-yəni bu əməl sırf Allah üçün olmalıdır. İkincisi isə bu əməlin dində əsası olmalıdır. Yəni dinə müvafiq olmalıdır.  Sizə bir sual ünvanlayım. Hansı molla yasa Allah rizası üçün gəlir, pul rizası üçün yox? Yasa çağırdığın mollaya 50-100 manat deyil də, 5-10 manat ver gör, nə oyun çıxardacaq. Hanı ixlas, hanı Allah rizası? Gəlin özümüzü aldatmayaq. Xalqı heç aldatmayaq. Gəlin haqqı onlara təlqin və təbliğ edək. Pula görə dinimizi öz monapoliyamıza salmayaq. Allahın və Rəsulunun buyurduğunu sahabə və əhli beytin tətbiqatını yaddan çıxartmayaq".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR