Dini icmalar arasında müsabiqə elan edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair Tədbirlər Planı" təsdiq olunub. Sözügedən Tədbirlər Planında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmaların üzvləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı məqalə müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Komitədən "OLAYLAR"-a bildirilib ki, bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların üzvləri arasında "Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri" mövzusunda məqalə müsabiqəsi elan edir.

Məqalə mövzuya uyğun olmalıdır. Müsabiqə elan olunduqdan sonra məqalələr qəzet, informasiya agentlikləri və ya xəbər saytlarında dərc edilməlidir;

Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində). Yazılar qəzetdə dərc olunarsa: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Dövlət Komitəsinə təqdim edilməlidir. Elektron media resursunda yayımlanarsa: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) çap olunmalı və link əlavə edilərək Dövlət Komitəsinə təqdim olunmalıdır.

Müsabiqədə I yer üçün 500 AZN, II yer üçün 400 AZN, ııı yer üçün 300 AZN mükafat, həmçinin hər biri 100 manat olmaqla üç həvəsləndirici mükafat nəzərdə tutulub. Məqalələr 27 mart - 17 aprel 2018-ci il tarixlərində təqdim edilməlidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR