4 şeydən qorxanın 4 kəlməyə pənah aparması

İmam Sadiq (ə) buyurur: "Təəccüb edirəm o kəsə ki, 4 şeydən qorxur və 4 kəlməyə pənah aparmır:

1. O kəs ki, qorxu ona qələbə çalar, bu zikrə pənah aparsın:

حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ

("Ali-İmran" 173).

2. Qəmgin insanlar bu zikrə pənah aparsınlar:

لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ

("Ənbiya" 87).

3. O kəslər ki, hiylə və fırıldağa məruz qalıblar - bu zikrə pənah aparsınlar:

أُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ

("Ğafir" 44).

4. O kəslər ki, dünyanı və dünyanın gözəlliklərini istəyirlər -  yaxşı olar ki, bu zikrə pənah aparsınlar:

مَا شَاء اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ

("Kəhf" 39).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, beləliklə, mübarək dinimiz insanın psixoloji problemlərinin aradan qaldırılması üçün ən yaxşı və effektiv həll yollarını məhz zikrə pənah aparmaqda görür.

Belə ki, İlahi Kitaba əsaslanan zikrlər insanın əsil qüvvəyə əsaslanmasını, həqiqi qüdrətdən güc almasını təmin edirlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR