Bərəkət nədir?

Bərəkət sözü çoxalma və artma deməkdir. Bərəkət bəndəyə verilən nemətin xeyirli olması və artırılmasıdır. Nemətləri yaradan, onları bəndələrinə bəxş edən və bərəkətli edən yalnız Allahdır. Uca Allah xeyir-bərəkəti öz peyğəmbərlərinə və mömin bəndələrinə bəxş edir. Uca Allah Qurani-Kərimi bərəkətli Kitab adlandıraraq belə buyurur:
"Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik" (Sad, 29).
Qurani-Kərim bütün xeyiri özündə cəm etdiyi üçün mübarək adlandırılmışdır. Dünya və axirətdə xeyir əldə etməyin, xoşbəxt olmağın yeganə yolu Qurana iman gətirmək və onu oxuyub əməl etməkdir.

Peyğəmbərin Allahdan xeyir-bərəkət diləməsi
Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - öz ümməti üçün Allahdan xeyir-bərəkət diləyib demişdir: "Allahım, ümmətimin hər gününün əvvəlinə bərəkət ver!" (Sunən Əbu Davud 2606). Digər hədisdə isə belə demişdir: "Ümmətimin hər gününün əvvəlinə bərəkət verilmişdir!" (Səhih əl-Cami, 2841).
Peyğəmbər Mədinə şəhəri üçün Allahdan bərəkət diləyərək belə dua etmişdir: "Allahım, Məkkəyə nazil et­di­yin bərəkətin iki qatını Mədinəyə nazil et!" (əl-Buxari, 1885).
Həmçinin, o, bəzi səhabələri üçün Allahdan xeyir-bərəkət diləmişdir. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: "Peyğəmbər Ummu Suleymin yanına gəldi və o, Peyğəmbərin qabağına xurma və yağ qoydu. Peyğəmbər bu­yur­du: "Yağınızı tuluğa, xurmalarınızı da zənbilə boşaldın, mən oruc tut­mu­şam." Peyğəmbər qalxıb evin bir tərəfində nafilə namazı qıldı və Ummu Su­leym və onun ailəsi üçün dua etdi. Onda Ummu Suleym dedi: "Ya Rəsulul­lah, mənim ayrıca bir xahişim var." Peyğəmbər soruşdu: "Nədir o?" Ummu Su­leym dedi: "Xidmətçin Ənəs üçün dua et!" Peyğəmbər dünya və axirətə aid xeyirli nə varsa, hamısını mənim üçün dua etdi və belə dedi: "Allahım, ona mal-dövlət və övlad bəxş et və ona xeyir-bərəkət ver!"
Həqiqətən də, bu gün mən ənsarın ən varlı adamlarındanam. Qızım Umey­nə mənə xəbər vermişdir ki, Həccacın Bəsrədə hakimiyyətə gəldiyi dövrə­dək mənim nəslimdən yüz iyirmidən çox adam dəfn edilmişdir." (əl-Buxari, 1982). Ummu Suleym Ənəsin anasıdır. Ənəs ibn Malik hic­rətin 93-cü ilində yüz üç yaşında vəfat etmişdir. Ənəsin yaşıdlarının əksəriyyəti bu dünyadan kö­çüb getmişdi deyə, sonrakı nəsildən olan azyaşlıların arasında qalmaq ona ağır gəlirdi.

Xoşuna gələn bir şey gördükdə onu gözə gətirməkdən necə qorumaq olar?
Peyğəmbər demişdir: "Biriniz müsəlman qardaşında yaxud özündə, ya­xud da malında xoşuna gələn bir şey görsə, onun üçün ("Bərakallah", yəni "Allah bərəkət versin!" deyib) Allahdan bərəkət diləsin! Çünki gözdəymə həqiqətdir!"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR