“Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Gənclərin radikal meyillərdən qorunması" mövzusunda tədbir keçirilib. "OLAYLAR" Dini Komitəyə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan tam orta məktəbin tədris işləri üzrə direktor müavini Faiq Kərimov bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunmasında əhəmiyyətli rolundan danışıb.

DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov Azərbaycanda dini radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal qrupların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Sonra "Şəhadət" sənədli filmi nümayiş etdirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR