Qlobal problemlərin həlli üçün kapitalizmin İslama...

İslamın da kapitalizmə böyük ehtiyacı var

Müstəqillik dönəmindən sonraki Azərbaycanın siyasi və ictimai durumun analiz etdikdə diyə bilərik ki, 70 il sovet sistemi dövründə, Azərbaycanda siyasi, ictimai birliklərin və təşkilatların yaranmasına maneələr, Azərbaycanın yenidən müstəqillik əldə etdiyi dönəmlərdə siyasi və ictimai boşluqlara səbəb olmuşdu. Bu səbəbdən yeni yaranmış təşkilatlar , siyasi, ictimai və dini quruluşların təcrübəsizliyi bir çox problemlərin ortaya gəlməsinə səbəb oldu. Eyni zamanda, bu boşluqdan Azərbaycanda maraqlı olan bir çox ölkələr istifadə edərək öz maraqları və təsiri altinda bir sıra dini, siyası, ictimai qurumların yaranmasına, həmin qurumlara siyasi və maddi dəstəyin verilməsi, ölkə daxilində siyası və dini gərginliyin yaranmasına gətirib çıxardı. Bütün bunlar Azərbaycan ictimaiyyətnin demokratik düşüncəsinin yaranmasına və inkişafına maneələr yaratmaq, cəmiyyəti müxtəlif dini təzadlarla qarşı-qarşıya qoymaq, iqtidar və müxalifəti hakimiyyət uğrunda rəqabətə yox, düşmənçiliyə sövq etmək, həmçinin, yeni yaranmış dövlətçilik təməllərini zəiflətmək və sonunda Azərbaycan dövlətini siyasi basqıların təsiri altında saxlamaqdan ibarətdir. İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı isə hesab edir ki, Azərbaycan ilk növbədə demokratik prinsiplərə üstünlük verməli və bunun inkişafı üçün gərəkən addımlar atmalıdır. Onun sözlərinə görə, bu işdə həm iqtidar, həm də siyasi və ictimai qurumlar səfərbər olmalıdır: "Sağlam cəmiyyətin sağlam iqtidarı, sağlam siyasi və ictimai qurumları olar. Əks təqdirdə xəstə cəmiyyətin içindən də, xəstə qurumlar yaranar və sonunda böyük faciələrə yol açar.
Azərbaycan cəmiyyəti boşluqdan canını qurtaran kimi, ölkəni təzadlar bürüdü. Rusiyanın siyası basqıları, İran şiəçiliyi, Ərəbistan vəhabiliyi, Batılılar təriqəti və mədəniyyəti həm də siyasi basqıları, bütün bunlar cəmiyyətdə yaradılmış böyük təzadlardır. Azərbaycan cəmiyyəti isə bu təzadların içində çabalayaraq çox ağır duruma düşür. Dövlət isə məcburən həmin ölkələrin təsiri altinda həm də ölkə daxilində onlardan gələn təhlükələri nəzərə alaraq həmin ölkələrin maraqlarını təmin etmək və onlarla anlaşmaq məcburiyyətində qalir". Partiya sədri deyir ki, hər şeydən əvvəl Azərbaycanın siyasi, ictimai, dini qurum və təşkilatları cəmiyyətin demokratik və sağlam dini düşüncəsini, dövlətçilik və milli maraqları çərçivəsində maarifləndirməli və bu çərçivədə formalaşmasına çalışmalıdır. Belə olan halda hər bir vətəndaş istər iqtidarda olsun, istər müxalifətdə harada olmasından asılı olmayaraq ilk novbədə ölkənin milli maraqlarını düşünəcək və bütün gücü ilə bu amaca xidmət göstərəcək: "Son vaxtlar dünyada baş verən proseslər, qarşıdurmalar, güc nümayişi, dünya hegemonluğuna can atma, üstəlik təbii fəlakətlər bəşəriyyəti daha çox uğursuzluğa düçar edib. Təssüf ki, ambisiyalarını ortaya qoyanlar, qarşıdurma yaradanlar bir məqamı unudublar. Bu məqam da ondan ibarətdir ki, bəla gələndə kimin güclü, kimin pullu olmasına baxmır. Zərbə təbəqəsindən asılı olmayaraq hamıya dəyir. 
Etiraf etmək lazımdır ki, uzun onilliiklər, xüsusilə də son 8 il ərzində Birləşmiş Ştatların xarici siyasətində müəyyən səhvlərə yol verilib. Bu səhvlər isə gördüyünüz kimi, müharibələrə, qarşıdurmalara, insan təlafatına yol açıb. Elə son illərdə İraqda, Əfqanıstanda baş verən hadisələri göstərmək yetər. Bu isə dünyada, xüsusilə də İslam dünyasında ölkənizə qarşı qəzəb, düşmənçilik toxumunun səpilməsinə rəvac verib. Bütövlükdə isə dünyaya yeri gəldi-gəlmədi güc nümayiş etdirmək, başqasını əzmək kimi xüsusiyyətlər "bəxş edib". 
Hadisələrin bu cür cərəyan etməsi təbii olaraq dünya ölkələri və liderlərin arasındakı rabitəni sıradan çıxarıb. Bu səbəbdən yuxarıda sadaladığımız problemləri diqqətə çatdırmağın bir xeyri yox idi. 
Biz İslamçı demokrat olaraq bəşəriyyətdə İslamla kapitalizm arasında birlik, vəhdət yaranacağına, birgə qlobal problemlərin aradan götürüləcəyinə ümidvar idik.  İslamda belə bir məqam var: çətinlikdən çıxmağın başlıca yollarından biri şəxsi ambisiyalardan, şəxsi rahatçılıqdan islah olunma, israfçılığa qətiyyətlə yox deməkdir". Tahir Abbaslı bildirib ki, müasir dünyada qlobal problemlərin həlli üçün kapitalizmin İslama, İslamın da kapitalizmə böyük ehtiyacı var: "Kapitalizmin ağıla, müdrikliyə, reallığa, həqiqətə söykənməsi bu günün və gələcəyin tələbidir". Partiya sədri qeyd edib ki, bütün dövrlərdə insan ömürünün sərhədlərini aşan və davamlı bir məqsədi reallaşdırmaq üçün qurulan cəmiyyətlər millətlərin həyatında əhəmiyyətli bir yer tutub: "İslam dini də ictimai həmrəyliyə həmişə xüsusi önəm verib. Müsəlman dövlətlərdə olan peşə birlikləri, xeyriyə quruluşları və vəqflər kimi müxtəlif cəmiyyətlər çox xeyirli xidmətlər həyata keçirib. 
Bir cəmiyyət hər şeydən əvvəl içində yaşadığı şərtləri nəzərə almaq məcburiyyətindədir - bunlar həm cəmiyyət olaraq içində yaşadığı milli şərtlər, həm də universal şərtlərdir. Bunlardan ən önəmliləri müasirlik və mədəniyyətdir". 

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR