Ənənəvi İslamın təbliğində dini icmaların rolundan danışılıb

Bakı Dövlət Universitetinin Qazax filialında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qazax şəhər "Cümə" məscidi dini icmasının "İslam sülh, həmrəylik və qardaşlıq dinidir" layihəsi çərçivəsində "Ənənəvi İslamın təbliğində dini icmaların rolu" mövzusunda tədbir keçirilib. "OLAYLAR" Dini Komitəyə istinadən xəbər verir ki, Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov ölkəmizdəki tolerant və multikultural mühitdən danışıb. Qeyd edib ki, ölkəmizdə dini etiqad azadlığı qorunur və hər bir insanın öz inanclarını qoruyub saxlaması, dini ayinləri sərbəst yerinə yetirməsi üçün zəruri şərait yaradılıb.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Anar Əliyev dini icmalar tərəfindən cəmiyyət, xüsusilə gənclər arasında aparılan maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edərək, bu işdə dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəliliyindən danışıb.

Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov Azərbaycanda dövlət-din münasibətindən bəhs edib, bu münasibətlərin bütün dünya dövlətlərinə nümunə ola biləcəyini qeyd edib.

Sonra Qazax şəhər "Cümə" məscidinin imamı, QMİ-nin bölgə qazısı İlham Süleymanov, Qazax Rayon Polis Şöbəsinin əməkdaşı Hilal Allahverdiyev və digərləri mövzu ilə bağlı çıxış ediblər.

Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Şəhadət" sənədli filmi nümayiş olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR