Sabirabadda dini maarifləndirmə tədbiri keçirilib

Yanvarın 25-də Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasında "İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində "İslam sülh, barışıq və həmrəylik dinidir" mövzusunda dini maarifləndirmə tədbiri keçirilib. "OLAYLAR" Dini Komitəyə istinadən xəbər verir ki, Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasının sədri Əlisoltan Əliyev çıxış edərək, İslamın sülhsevərlik, humanizm və həmrəylik ideyaları ilə zəngin olduğunu, terror dini deyil, sülh və birlik dini olduğunu vurğulayıb. O, həmçinin Azərbaycandakı dinlərarası və məzhəblərarası qarşılıqlı hörmət, həmrəylik və etimad mühitinin digər ölkələr üçün nümunə olduğunu bildirib.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dünyada və Azərbaycanda, xüsusilə də müsəlman dünyasında gedən proseslərdən, ölkəmizdə dini radikalizmin qarşısının alınma yollarından danışıb. İslamın sülh, həmrəylik və qardaşlıq dini olduğunu vurğulayan natiq onun radikalizmə, ekstremizmə və terrorizmə qarşı olduğunu qeyd edib.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxışındarespublikamızdakı mövcud dini durum, dövlət-din münasibətləri, eləcə də dövlətin dinə qayğısından danışıb. O, ölkəmizdə məzhəb ayrı-seçkiliyinin olmadığını, insanların mehriban şəraitdə yaşadığını, İslamın tolerant din olduğunu, insanları vəhdətə və birliyə çağırdığını diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR