Dini Komitə maarifləndirmə tədbiri keçirib

Yanvarın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Balakəndə "Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya "Yox" deyək" mövzusunda tədbir keçirilib. "OLAYLAR" Dini Komitəyə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yeganə Zamanova narkomaniyanın insan sağlamlığına zərərlərindən danışıb, məktəblilərə bu zərərli vərdişdən kənar durmağı tövsiyə edib.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı Ədil Bayramov məruzəsində narkomaniyadan əziyyət çəkən gənclərin və ailələrin acınacaqlı talelərindən danışıb.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə narkomaniyanın XXI əsrin bəlası olduğunu bildirib. O, həmçinin dini radikalizmin zərərləri və radikal qrupların fəaliyyəti barədə danışıb, gənclərin dini radikalizmdən uzaq olmalarının vacibliyini vurğulayıb.

Balakən Rayon Gənclər və İdman idarəsinin əməkdaşı Nurlan Şibliyev məktəblilərin zərərli vərdişlərdən qorunmasında onların asudə vaxtlarının səmərəli təşkilinin əhəmiyyətini qeyd edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR