Agent mollalar din adı altında Azərbaycana göndərilir

Ocaq Nejat İranın Azərbaycandakı agentidir. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ilahiyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib ki, beyni yuyulmuş bəzi avam azərbaycanlılar isə onu ilahi bir qüvvə kimi qarşılayırlar: "Məhz belələrinə ağa deyənlər ölkəmizdə olan gənc ilahiyatçıları qaralamaqla məşğuldurlar. Saysız hesabsız maarifləndirici yazılar yazırıq, kitablar nəşr edirik. Bunların təqlibçiləri bizim belə faydalı işlərimizi görməzlikdən gəlirlər. Ancaq hansısa saytda nəsə təhrif olunmuş başlıqla gedən bir cümləni şüar edib bizə təzyiq edirlər. Bizlərə hər cür şər-böhtan atırlar". Əkrəm Həsənov qeyd edib ki,Azərbaycan məscidlərində yüzlərlə belə iranlı molla sürüsü var: "Bu İran hökumətinin Azərbaycanda təsir gücünü artırması üçün həyata keçirdiyi planlardan biridir. Məqsədli şəkildə agent mollalar din adı altında Azərbaycana göndərilir ki, Sovetdən sonra dini elmi zəifləmiş azərbaycanlıları moizələrlə beynin yuyub İranin təsiri altına salsınlar. Bunları təqlid edən avam kütlə gələcəkdə Irana Azerbaycanda "X günü" üçün lazım olacaq. Bunların hamısı Mirzə Cəlil deməli Arazın o tayından bura gələn fırıldaqçılardı. Belələrinin zərəri ölkəmizə xeyrindən çoxdur. Bunu unutmayaq".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR