Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu müzakirə edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "İslam Həmrəyliyi İli" çərçivəsində Qobustan rayonu Cəyirli kənd A.Quliyev adına tam orta məktəbdə "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" adlı tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə,  tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov,  tam orta məktəbin direktoru Məsud Əliyev, R.Hüseynov adına ümumi orta məktəbin direktoru Ağakərim Şirinov, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda xalqımızın zəngin tolerantlıq ənənəsi, zərərli dini cərəyanların təbliğat metodları və onlara qarşı həyata keçirilən tədbirlər barədə məlumat verilib, dini radikalizmlə mübarizədə gənclərin rolunun xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Eyni zamanda milli-mənəvi dəyərlərimizin qorunmasında yeniyetmə və gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində fikir mübadiləsi aparılıb.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR